Şriftin ölçüsü :

Saytın rəngi :

Biz Azərbaycan xalqı yağı düşməndən fərqli olaraq bizə məxsus havasında, suyunda, hər qarışında Azərbaycan nəfəsi olan torpaqlarımızın uğrunda döyüşürük

06 oktyabr 2020 | 16:00

Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələciyinə böyük ümidlər bəsləyirəm!
                                                                                                                  Heydər Əliyev
Ulu öndərimizin illər öncə söylədiyi fikirlər bu gün bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandanı və xalqın sevimli oğlu adını tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazdı. Mənfur qonşularımız olan ermənilərin illərdir işğal etdiyi torpaqlarımız nəhayətki xalqımızın lideri, böyük oğlu, beynəlxalq kürsülərdə öz sözünü deyən Prezidentimiz cənab İlham Əliyevin inamlı və doğru qərarları ilə yenidən Azərbaycana qaytarılır. Bu gün bütün dünyanın maraq və diqqətinə səbəb olan Azərbaycan-Ermənistan münaqişəsinin ən kulminasiya nöqtəsindəyik. Biz Azərbaycan xalqı yağı düşməndən fərqli olaraq bizə məxsus havasında, suyunda, hər qarışında Azərbaycan nəfəsi olan torpaqlarımızın uğrunda döyüşürük.
Dünya ictimaiyyətinin habelə mediasının bütün diqqətlərinin bizə yönəldiyi belə bir zamanda Prezident İlham Əliyevin beynəlxalq kanallara verdiyi müsahibələr cox qürurvericidir. Cənab prezidentin 2 oktyabr tarixində Əl-Cəzirə telekanalına verdiyi müsahibə nəinki işğalçı Ermənistana habelə dünyaya bir mesaj idi. Prezident İlham Əliyev müsahibəsinin əvvəlində vurğuladı ki, 30 ilə yaxındır davam edən bu işğalın bitməməsinin əsas səbəbkarı Ermənistandır. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizliyi Şurası qoşunların bizim ərazilərdən dərhal tam və qeyri-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Minsk qrupu artıq 28 ildir ki, fəaliyyətdədir və heç bir nəticə yoxdur. Cənab Prezident onu da vurğuladı ki, bir çox hallarda bu məsələni qaldırmışdır. Lakin müraciətlərə cavab verilməmişdir. Münaqişənin  həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkarlara kifayət qədər praktiki təzyiq yoxdur. Buna baxmayaraq beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Bir çox təşkilatlar ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Lakin bu qərarlar kağız üzərində qalıb. Daha sonra Prezident əlavə etdi ki, iyulun 12-də Ermənistan münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərinə və hərbi mövqelərinə hücüm ediblər. Hərbi qulluqçular arasında ilk itkiləri azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür.Təbii ki, biz buna cavab tədbiri görməli idik.
Bir vətəndaş kimi qeyd etmək istərdim ki, Cənab Prezidentin çıxışını izlədikcə onun necə mükəmməl analiz qabiliyyətinin olmasını bir daha kəşf etdim. Hörmətli Prezidentimiz nəinki güclü analitik həm də mükəmməl bir siyasətçi olduğunu bir daha bununla sübut etdi ki, O Ermənistanın hal-hazırki hakimiyətinin uğursuz addımlarının və işğaldan indiyə qədər olan zamanın heç də boşa getmədiyini açıqladı. Belə ki, 2003 -cü  ildən iştirak etdiyi bu prosesləri çox böyük dəqiqliklə dinləyicilərə aydınlaşdırdı. Birmənalı olaraq baş verənlərdə Ermənistan dövlətinin və hal-hazırki rəhbərliyinin məsulliyyəti danılmazdır. Cənab prezident ataşkəs çağırışlarına cavab olaraq qeyd etdi ki, bu birtərəfli ola bilməz. İllərdir Ermənistan müxtəlif bəhanələrlə atəşkəsi pozur, işğal etdikləri torpaqlarda müxtəlif tədbirlər keçirməklə, məscidlərimizdə donuz saxlamaqla Azərbaycan xalqının milli ruhunu təhqir edir.Şəhərlərimizin kəndlərimiz adlarını dəyişir. Bütün xalq 30 ildir bir amalla arzu ilə yaşayır – geri qayıtmaq. Hörmətli Prezidentimiz fikirlərini ardıcıllıqla çatdırdıqca bunu da əlavə etdi ki, biz heç bir konvensiyanı pozmuruq, habelə bu münaqişəni regional münaqişəyə çevirmək niyyətində də deyilik. Prezident İlham Əliyev müsahibəsini çox inamla və çox yüksək səviyyədə yekunlaşdırdı.
      Qeyd etməliyəmki, bu gün  bir xalq olaraq öz xalqımızla qürur hissi duyuram. Çünki belə bir ağır gündə hər birimiz bir olduq, bütöv olduq. Minlərlə könüllü orduya qatılmaq vətənimizin bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu göstərdi. Bu çox qürurvericidir. Biz Suraxanı rayon gəncləri hər zaman vətənimizin torpağımızın uğrunda əlimizdən gələn hər bir işi görməyə hazırıq. Hər zaman Ali Baş komandanın əmrinə tabeyik. Bu yolda Cənab Prezidentimizə güvənir, onu hər atdığı addımında dəstəkləyir və qələbəyə inanırıq!
Qarabağ Azərbaycandır!
Yalnız İrəli!
Qələbə Bizimlədir!
Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin direktoru Nigar Hüseynova

Keçidlər