Şriftin ölçüsü :

Saytın rəngi :

“Münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.”

05 oktyabr 2020 | 16:00

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova

9 gündür ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Qəhrəman ordumuzun əks-hücum əməliyyatları Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Davam edən uğurlu əməliyyatlar, düşmənə vurulan zərbə və əldə olunmuş naliyyətlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusu istər texniki təminatı ilə, istərsə də hərbiçilərin, əsgərlərin ruh yüksəkliyi baxımından düşməndən qat-qat üstündür.
Bu gün Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində uzun illərdir pozulmuş haqq-ədaləti və dərin böhran içərisində olan beynəlxalq hüququ bərpa edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Fəxrlə ölkə başçımızın müsahibəsinə qulaq asdıq. Cənab Prezident ”Əl-Cəzirə” telekalına müsahibəsində sülh məsələsini belə vurğulayıb: “-Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, -diplomatiya işləyə bilər”. Deməli Azərbaycanın ərazi bütövlüyü təmin olunacağı halda danışıqlar başlaya bilər. Ancaq bunun heç də Ermənistanın və havadarlarının əvvəllər irəli sürdüyü şərtlər daxilində olması ehtimalı çox azdır.
İlham Əliyevin qətiyyətli danışığı düşmənə öz mesajlarını verdi. Prezident həm tarixə nəzər salaraq, həm də beynəlxalq qurumların qətnamələrini əsas gətirərək göstərdi ki, Ermənistan işğalçıdır. İlham Əliyev bəyan etdi ki, Ermənilər bizim  ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.
Ermənistan-Azərbaycan münaqişəsində ikili standartlar və Ermənistanın status-kvonu dəyişmək istəməməsi bu günkü müharibəyə gətirib çıxartdı. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
Qeyd etmək istəyirəm ki, bu illər ərzində münaqişədə vasitəçiliyi həyata keçirən həmsədrlər, beynəlxalq birlik Ermənistanın imitasiyasına, sərsəm bəyanatlarına, davamlı olan hərbi-siyasi təxribatlarına adekvat reaksiya verə bilmədilər və ya vermədilər. Danışıqlar masasına paket, mərhələli və s. variantlar qoydular. Ermənistan bunlardan da boyun qaçırdı. Bu gün ikili standartlar o səviyyəyə çatıb ki, beynəlxalq təşkilatlar, münaqişənin həllini üzərinə götürən, ancaq 30 ildir heç bir iş görməyən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər Ermənistanın silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Azərbaycan kəndlərini bombalaması faktını belə görməzdən gəlirlər.
Ermənistanın  cinayətkar rejim nümayəndələrini və onlara məxsus işğalçı quldur dəstlərini qovmaq, ədalətli şərtlər çərçivəsində sülhə məcbur edilənə qədər təqib etmək lazımdır.
Bütün Azərbaycan xalqını, rəşadətli və cəsur əsgərlərimizi Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, onun qətiyyətinə və dönməz iradəsinə söykənərək, tam qələbə çatana qədər, əzmlə və iradəylə başlamış döyüşü davam etdirməyə səsləyirik.
Azərbaycan xalqı bütövlükdə öz Milli Liderinin-Prezident İlham Əliyevin ətrafında sıx birləşib, zəfərə doğru irəliləyir. Qələbə bizimdir!

Keçidlər