“Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik!”
20 yanvar Şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova
Tarixi saxtalaşdırıb saxta tarix yazmaqla həqiqəti ört-basdır etmək qeyri-mümkündür. Əsrlər boyu yad xalqların dəyərlərinə ortaq çıxmaq, yad ərazilər üzərində yeni vətən qurmağa çalışmaq ermənin xisləti və həyat amalı olub. Millətçiliyi ilə seçilən ermənilər planlarını həyata keçirmək üçün çox geniş fəaliyyət göstərsələr də, çox arzularından nakam qalmışdılar. Böyük ümidlərlə yaşasalar da, bir alət kimi ortaya atanlar yaxşı bilirlər ki, mifik xəyalların sonu nəticəsizlikdir. Hər kəsə bəllidir ki, ermənilərin total millətçiliyinin əzəli və son məqsədi yeni vətən axtarışıdır. Yeni vətəni təşkil edəcək ərazilərə olan «sahiblik haqqının» təsdiqlənməsi üçün isə ermənilərin əl atmadığı vasitə yoxdur. Ermənilərin tarixin heç bir dönəmində özlərini bir xalq kimi təsdiq edə bilməməsi faktını Şərqin iki böyük şəxsiyyətinin fikirlərində bir daha görə bilərik. Bu fikirlərdən biri Əmir Teymura, digəri isə şair Sədi Şiraziyə məxsusdur. Görünür onlar da ermənilərin çirkin əməllərinin, hiyləgərliklərinin və etnik xudbinliyinin şahidi olmuşdular. Əmir Teymur belə deyirdi: «Gələcək xalqlar erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün ya məni qarğıyacaq, ya da alqışlayacaqlar». Sədi Şirazi isə belə yazırdı:
Ermənidir yer üzünün Əhriməni
İnsanlığın düşmənidir, düşməni
Yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür, ən əsası gerçəkliyi özündə əks etdirməyən təbliğatın ömrü uzun sürə bilməz. Baxmayaraq ki, ermənilər illərdir xarici himayədarlarının dəstəyi ilə öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxırlar, lakin insanlığa zidd hərəkətləri və xislətləri onların kim olduqlarını hər zaman biruzə verib. Bu günlərdə baş verənlər bunun real sübutudur. Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribatlar təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir. Onlar heç bir zaman sülh istəyində olmayıblar. Çünki, onlar üçün insanlıq dəyər daşımır. Cənab Prezidentin dünən xalqa etdiyi müraciətdə də bu məsələlərə bir daha toxunuldu: “Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi”.
Bugünədək düşmənin cəfəng bəyanatları, təxribat xarakterli addımları faktiki olaraq danışıqları mənasız edib. Ermənistanın çirkin əməllərindən biri də işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma ilə demoqrafik vəziyyəti süni şəkildə dəyişmək cəhdi idi. Lakin, Ermənistan rəhbərliyi unudur ki, Azərbaycan dövləti və xalqı istənilən təxribatın qarşısını almağa həm mənəvi-psixoloji, həm də hərbi və iqtisadi baxımdan tam hazırdır. Daxili və xarici siyasətdə ard-arda uğursuzluqlar yaşayan Ermənistan belə təxribatlarla özünü uçuruma aparır. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınır, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilir. Hər gün torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar xoş soraqlar eşidirik. Məhfur düşmən döyüşdəki uğursuzluğunu mülki vətəndaşlarımızı hədəf götürərək təxribatlar törədir. İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın hərbi və siyasi təxribatları yeni deyil. Dəfələrlə Azərbaycan və dünya ictimaiyyəti şahidi olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşlarımızın həyatına qəsd edir, məsum körpələrimizi nişan alır. Bununla da öz məqsədlərini həyata keçirmək üçün ən çirkin yollara əl atan Ermənistan rəhbərliyi təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur. Çox təəssüflər olsun ki, bəzi dövlətlər bu haqsızlığa bu günədək gözlərini kor ediblər. Bu cür münasibət sərgiləyən dünya dövlətləri, təşkilatlar unudurlar ki, belə yanaşmalar beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu sual altına alır, ən əsası həmin dövlətlərin, qurumların mövqeyinə inamsızlıq formalaşdırır.
Ölkə rəhbərimiz, qürur yerimiz cənab İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Dəfələrlə yüksək tribunalarda ermənilərə, dünya ölkələrinə səslənib ki, biz sülh tərəfdarıyıq və bizim səbrimizi sınağa çəkməsinlər! Torpaq məsələsində bizim dəyişməz mövqeyimizi hər zaman açıq şəkildə ortaya qoyub. İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Bu fakt inkaredilməzdir! Xarici iyanələrdən asılı olan ölkənin sonu məğlubiyyətdir. Azərbaycanın rəşadətli ordusu bu gün haqq savaşı aparır, qəhrəmanlıq göstərir. Erməni əsgəri isə qaçmasın deyə öz silahdaşları tərəfindən zəncirlənir. Azərbaycan anası bu gün övladını fəxarətlə döyüşə yola salır, çünki tərbiyə etdiyi övladının damalarlarında Vətən sevgisi cövlan edir!
Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Cəbrayılda bayrağımız dalğalanır! Bu bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərir. Bu bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq.
Cənab Prezident İlham Əliyev 04.10.2020-ci il tarixdə televiziya vasitəsilə müraciətində ölkədaxili və beynəlxalq auditoriyaya hesablanmış bir çox vacib mesajlar verdi. Azərbaycan xalqı Prezidenti ilə bir daha bütün qürur duydu! Ali Baş Komandana, Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinə görə təşəkkür edir, Şanlı Ordumuzu bu günlər ərzində qazandığı uğurlara görə qəlbən təbrik edirəm.
Biz analar övladlarımızın ərazi bütövlüyümüzü bərpa edərək gələcək nəsillərə-nəvələrimizə miras qoymasını müqəddəs and və borc hesab edirik. Müstəqilliyimizin qorunması, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda bütün xalqımız kimi, biz də ətrafınızda səfərbərik! Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Ölkə başçımızla fəxr edirik. Biz hamımız yaxşı başa düşürük ki, cənab İlham Əliyevin xalqa arxalanaraq yenilməz siyasi iradəsi, rəhbər qətiyyəti, zəngin idarəetmə təcrübəsi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı yüksək məharət və bacarığının, qurduğu güclü Azərbaycan Ordusunun fəaliyyəti sayəsində torpaqlarımız tamamilə və tezliklə düşmən tapdağından azad ediləcəkdir. Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu, şərəflə azərbaycanlı olduğumuzu söyləyən anlarda keçirdiyimiz hisslər məhz Prezidentimizin sayəsindədir.
Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bu sevinci, şərəfi bizlərə yaşatdığına görə Ali Baş Komandanımıza dərin təşəkkürümüzü bildiririk!