Şriftin ölçüsü :

Saytın rəngi :

114 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Şərbətova Mələk Natiq qızının xarici dilləri, xüsusi ilə də İngilis dilini öyrənmək həvəsi ona bir çox beynəlxalq olimpiadalarda qalib gəlmək şansı yaradıb

13 aprel 2025 | 17:00
Hələ körpəlikdən xarici dil öyrənməyə həvəs göstərən Mələk ilk dəfə 2023-cü ildə keçirilən beynəlxalq GEO (Global English Olympiads) olimpiadasında gümüş medal qazanıb.
Növbəti 2024-cü ildə o, öz əzmkarlığı nəticəsində bu yarışmada qızıl medal qazanaraq öz həmyaşıdları arasında 167 iştirakçı üzrə ən yüksək nəticə göstərərək reytinqdə 1-ci olub.
2024-cü ildə daha bir beynəlxalq olimpiadada - Future Intelligence Student Olympiad (FISO) iştirak edən Mələk bu olimpiadada da qızıl medal qazanıb.
33 ölkədən minlərlə iştirakçının qoşulduğu, 2024-cü ilin noyabr ayından 2025-ci ilin fevral ayına kimi davam edən, Kanada tərəfindən təşkil olunmuş və dünya miqyasında böyük maraq görərilən bir dil olimpiadası olan Wonderland Adventures Worldwide HİPPO (WAW) olimpiadasında da Mələk 2 qızıl medal qazanıb.
Mələyi təbrik edir, ona uğurlar diləyirik.
Keçidlər