“27 sentyabr 2020 təqvimi Azərbaycan xalqının hərb tarixində şanlı bir səhfədir.”
Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Gənclər Birliyinin üzvü,
8 saylı Birləşmiş Uşaq Xəstəxanasının həkimi Arzu Haci-zadə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bildiyiniz kimi Azərbaycan Ermənistanın işğalçı siyasəti nəticəsində qaçqın və köçkün problemindən ən çox əziyyət çəkən dövlətlərdəndir. 30 ildən artıqdır bir milyondan çox Azərbaycan vətəndaşı öz torpaqlarından didərgin düşmüşdür. Artıq bir neçə nəsil dəyişir, lakin yeni doğulan körpələr öz vətənlərini tanımır. Peşakar uşaq həkimi kimi deyə bilərəm ki, bir uşağın öz doğma yurdundan kənarda böyüməsinin fiziki problemləri ilə yanaşı psixoloji qayğıları da vardır ki, bəzən bir ömür insan həyatında mənfi izlər qoyur.
Azərbaycan torpaqları 30 ildən artıq Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır. Azərbaycan bütün kürsülərdən, dəfələrlə sülhsevər mövqeyini açıq ifadə etmişdir. Beynəlxalq hüquq normaları çərçivəsində problemin yalnızca bir həlli var. Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin olunması və məcburi köçkünlərin öz ərazilərinə qayıtması. Bunun qarşılığında Ermənistan həyasızcasına qarşımıza 7 bıabırçı şərt qoyur. Cənab Prezidentində dediyi kimi “Biz bu şərtləri rədd edirik və xəstə erməni xisləti kimi tarixin zibilliyinə atırıq. Biz xalq olaraq öz rəhbərimizin arxasındayıq”
Bütün dünya ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevi cəsarətli, qətiyyətli, punktual və verdiyi sözlərə sadiq dünya miqyaslı siyasətçi kimi tanıyır və hörmət edir. Yəqin hər kəs bu fikirlə razılaşar ki, möhtərəm Prezidentin hakimiyyəti illərində Azərbaycan Respublikası daxili siyasətdə qüdrətlənmək, vahidləşməklə yanaşı, beynəlxalq arenada da böyük nüfuz əldə edə bilmişdir. Tarixi faktlar əsasında dünya elitası Azərbaycan xalqının haqq səsinə qulaq verməyə sözün bütün mənalarında məcbur olmuşdur. Bu gün bunun nəticəsidir ki, dünyada mövcud olan dövlətlərin mütləq əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü de-yure tanıyır və qəbul edir ki, bu Azərbaycan Respublikasının xarici siyasətini danılmaz zəfəridir.
Əgər 90-cı illərin əvvələrində kimsə desəydi ki, Azərbaycan Prezidenti nə vaxtsa erməni həmkarını açıq siyasət meydanında, həm də Rusiya Prezidentinin önündə Şahmat dilində desək mat edəcək yəqin ki, buna çox az adam inanardı. Ümumiyyətlə cənab İlham Əliyev Azərbaycanda hər zaman xəyalları gerçəkləşdirən tarixi şəxsiyyət kimi, innovativ və tərəqqipərvər Prezident kimi Azərbaycan və dünya tarixinə düşmüşdür. 27 sentyabrda başlayan uğurlu əks-hücum əməliyyatları ilə xalqımızın növbəti zəfər səhifələrini qızıl hərflərlə yazmağa böyük bir fürsətdir.
Bilirsinizmi, ermənilər və erməni hakimiyyət orqanları ar damarı çatlamış, abırsızlığı özlərinə məsnək bilmişlər. Azərbaycanın tarixi torpaqları olan İrəvan şəhəri, Göyçə, Zəngəzur mahallarında dövlət yaradan, ermənilər daha sonra Qarabağın dağlıq hissəsinə olan iddiaları ilə çıxış etmiş və ərazilərimizi işğal edərək, böyük problemlərə, ölümlərə səbəb olmuşdur. Lakin bu onlara hələ də, utanmaq üçün bəs edən amil deyil. Onlar güya Qarabağda seçki keçirdir və Şuşada inaqurasiya şousnu göstərirlər. Cənab Prezident onların bu hərəkətinə tarixi və unudulmaz bir ad qoymuşdur. Qarabağda erməni xunta rejimi tərəfindən keçirilən saxta seçkiləri haqlı olaraq təlxəklər tamaşası adlandıran cənab Prezident işğal atlında olan torpaqlarımızda hökm sürən qeyri-müəyyən vəziyyətə ən doğru adı vermişdir.
Azərbaycan Respublikasının Prezidentinin heç bir bəyanatı söz xatirinə deyilməmişdir. Onun hər sözünün ardında ciddi əməl və xalqın dəstəyi dayanır. Məhz bu səbəbdən onun sözləri seçilmiş, çəkisinə görə ağır və samballıdır. BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının iclası çox ciddi tribunadır və ordan cənab Prezident açıq şəkildə bəyan etmişdir ki, Ermənistanın işğalçı siyasətinə dözümlülük göstərmək fikirimiz yoxdur. Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilədə beynəlxalq humanitar hüquq və 1942-ci il Cenevrə Konversiyalarını kobudcasına pozur. Dünya dövlətləri Ermənistan tərəfin bu vəhşilik aktını gətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalini qorxu içində saxlaması cəhdinə öz etirazını bildirir.
Cənab Prezidentin qərarı Azərbaycan xalqının ortaq və vahid qərarıdır. Heç bir qələbənin təsadüf olmadığı kimi bizim hərbi qələbələrimiz də təsadüfi deyil. Xalqımızın əzmi və ordumuzun peşakarlığı qələbələrimizin əsas səbəbidir.
Qısa müddət ərzində cəbhə bölgəsindən gələn sevindirici, zəfər dolu xəbərlər hər birimizdə qürur hissi oyadır və Ali Baş Komandanın ətrafında sıx birləşməyə stimul yaratdı. Bu gün on minlərlə vətəndaşlar hamısı könüllü sürətdə hərbi çağırış idarələrinə müraciət edərək ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün öz töhfələrini verir.
Bu gün ordumuz, düşmən təxribatlarına cavab olaraq, uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Ordumuzun zəfərlərindən hər birimiz qürur duyuruq, Ali Baş Komandanın ətrafında birləşib onun siyasətini dəstəkləyirik.
Mən vətənpərvərəm! Mən peşakar həkiməm! Ən əsası mən anayam! Evdə iki oğul böyüdürəm. Onların hər biri bu vətən uğrunda canını verməyə hazır sabahın əsgərləridir. Mən son uğurlarımızdan sonra qürur hissi keçirdirəm ki, mərd oğullarımız ərazilərimizi düşməndən azad etrmək üçün böyük uğurlar əldə edirlər. Mən də əsgər qardaşlarımın həkim bacısı kimi vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə öz həkimlik borcumu cəbhə bölgəsində şərəflə yerinə yetirməyə hər zaman hazıram.