Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin rəhbərliyi altında qələbə bizimlədir!

29 sentyabr 2020 | 16:00

12 №-li Birləşmiş Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov          

Artıq 30 ildir ki, Ermənistan faşistləri daim sərhədlərimizi pozur, dinc əhalimiz vaxtaşırı gülləbaran edilir. Xarici havadarların dəstəyi ilə onlar torpaqlarımızın 20%-ni işğal etmiş, hətta, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini məhəl qoymadan, nəinki orada yaşayır, hətta PKK, “Asala” kimi faşistləşmiş terror təşkilatlarının bazasını yaradırlar. Bu illər ərzində erməni quldurları dəfələrlə atəşkəs rejimini pozmuşdur. Dəfələrlə ölkəmizdə terror əməlləri törədən nadürüst , faşist ermənistan 2016-cı ilin aprelində, bu ilin iyul, avqust aylarında da rayonlarımıza hücum etmiş, lakin layiqli cavablarını almışdır. Hər zaman Cenevrə Konvensiyasının öhdəliklərini vəhşicəsinə pozaraq dinc əhaliyə hücumlar təşkil etmişlər. İkili standartlarla üzləşdiyimiz hazırkı dönəmdə onlara “Gözün üstə qaşın var“ deməyən beynəlxalq təşkilatların və böyük güclərin bu hərəkətlərindən daha da quldurlaşan, quduzlaşan, vəhşiləşən ermənistan silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixdə səhər saat 06-00-da respublikamıza qarşı növbəti təxribat törətmişdir.
Bu məlumatları alan kimi cənab Prezident İlham Əliyev dərhal aidiyyətı dövlət qurumlarına göstəriş vermiş, Azərbaycanın Şanlı Silahlı Qüvvələri genişmiqyaslı əks-hücuma başlamışdır. Bu isə xalqımızda yüksək əhval-ruhiyyə yaratmışdır.
Cənab Prezidentin ilk müjdə olaraq, bir neçə kəndin azad olunması, strateji əhəmiyyətli yüksəkliklərin bizim nəzarətimizə keçməsi ifadələri isə vətənpərvər Azərbaycan xalqının gözlərində sözün həqiqi mənasında sevinc göz yaşlarına səbəb olmuşdur.
Cənab Prezidentin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatı ədalətin təntənəsidir. Bu işdə hər bir azərbaycanlı müsəlləh əsgərdir. Xalq-iqtidar birliyi sarsılmazdır.
Hörmətli Cənab Prezident Sizin hər bir addımınızı dəstəkləyirik, Allah Sizə, ailənizə cansağlığı versin. Ulu Tanrı Sizə yar olsun. İstənilən vaxt Vətənin müdafiəsinə hazırıq. Sizin rəhbərliyiniz altında Qələbə bizimlədir .

Keçidlər