Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, qarabağ Azərbaycandır!”

28 sentyabr 2020 | 16:00

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zəkiyə Hacıyeva

“Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, qarabağ Azərbaycandır!” 

Bu günlər Azərbaycan xalqının həyatında böyük bəla olan Qarabağ müharibəsinin həlli yolunda əsaslı dönüş yaranmaqdadır. Biz Azərbaycan xalqı olaraq bu günü otuz ildir ki, gözləyirdik. 2016-cı ilin aprel döyüşlərindən sonra xalqımızın, xüsusilə böyüməkdə olan gənc nəslin mübarizə ruhu, döyüş əzmi, qələbəyə inam hissi daha da artmaqda idi.
Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə xalqımızın ordu-xalq birliyi bunu bir daha sübut etdi. Xalqımızın hərbi komisarlıqlara etdiyi müraciətlər bir daha sübut etdi ki, biz bir millət olaraq son damla qanımızdan keçsək də,
Qarabağdan, əzəli və əbədi yurdumuz olan tarixi torpaqlarımızdan heç vaxt vaz keçməyəciyik. Bunu bizə babalarımızın, şəhidlərimizin ruhu bağışlamaz.
Mənfur qonşumuz olan Ermənistan Azərbaycanın 20 faiz torpağını otuz ildən artıqdır ki, işğal altında saxlayır. Ermənistan BMT-nin nizamnaməsini kobud şəkildə pozaraq heç bir beynəlxalq hüquqa məhəl qoymur. Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılmasında məqsəd burdakı izlərimizin tamamilə silinməsinə xidmət edir. Azərbaycanın təbii ehtiyatları qanunsuz istismar edilir.
Sentyabrın 27-də saat 600 radələrində Ermənistan silahli qüvvələri geniş miqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərinivə yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutub.
27-si sentyabr 2020-ci il tarixində səhər saatlarında Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlət televiziyası vasitəsi ilə xalqa müraciət etdi. Baş vermiş hadisələri, mülki şəxslərin həlak olmasını böyük təəssüf hissi ilə qeyd etdi və onlara rəhmət dilədi. Daha sonra dövlət başçısı bildirib ki, bizişğala son qoymalıyıq və qoyacağıq. Prezidentin bu müraciəti xalqımızın döyüş ruhunu, qələbəyə inamını daha da artırdı.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalır.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alaxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var.
Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatı uğurla davam etdirilir.
Bu gün Azərbaycan ordusu tarix yazır. Cəbhə xəttində baş verənlərlə əlaqədar xalqımız könüllü olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarələrinə müraciət edir. Xalq arasında böyük ruh yüksəkliyi var.
Biz bu günü 30 ildir ki, gözləyirdik. Son döyüşlərdən sonra qələbəyə inamımız daha da artdı. Gənc nəslimizdə baş qaldıran vətənə məhəbbət hissi sübut etdi ki, nəyin bahasına olursa olsun, Azərbaycan heçvaxt Qarabağdan düşmənə bir qarış da olsun torpaq verməyəcək.
Azərbaycan ordusu hərbi təxribatlara cavab olaraq, hazırda uğurlu əks hücum əməliyyatı keçirməkdə və düşmənə layiqli cavab verməkdədir. Azərbaycan ordusunun uğurları qarşısında aciz qalan erməni əhalisi təşviş içərisindədir. Erməni ordusunda yaranmış xaos onların məhvə məhkum olduqlarının bariz nümunəsidir. Düşmən öz yerini bilməli, sərhəddini tanımalı, Azərbaycan torpağından rədd olub getməlidir. 
Bu günlər hamımızın qəlbimiz cəbhədədir. Biz hamımız Ali Baş Komandanın ətrafındayıq. Şəhidlərimizin ruhu o zaman şad olacaq ki, biz zəfər qazanacağıq. O gün heç də uzaqda deyil! Zəfər bizə nəsib olacaq və biz hamılıqla şəhid övladlarının əlindən tutub, Şuşaya, Xankəndinə ayaq basacağıq!

Keçidlər