"Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva
"Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Həyəcanımın, sevincimin həddi-hüdudu yoxdur! Bəli, uşaqlığımdan bu günü gözləyirdim! Bilirdim ki, o gün gələcək və həyasızcasına torpaqlarımızda qədəh qaldıran erməni cəllladları "rədd olun" deyəcəyik! Dedik də...
Cəmi 1 sutkaya füşmənin yüzlərlə silahlı qüvvəsi məhv edildi, oğurluq yolla əldə olunan hərbi silah sursat dağıdıldı, bizi illərdir gözyaşıyla, həsrətlə gözləyən, qoxusuna həsrət qaldığmız bir neçə kəndimiz azad olundu, köksünə Azərbaycan bayrağı sancıldı.
Sonuncu dəfə cəmi 1 yaşımda gördüyüm və 28 il ruhumda,ürəyimdə gəzdirdiyim torpağım, üzərində Azərbaycan əsgəri "Qələbə! Qələbə! Qələbə!" deyəcəyi o anı həyəcanla necə də gözləyirdim!
Və elə o həyəcanlı qələbə anının başlanğıcını 24 saat əvvəl Azərbaycan Respublikasının Ali Baş Komandanının dilindən, səsindən, çıxışından eşitdim! Yenidən doğuldum! Müstəqil, ərazi bütövlüyü tamamlanmaq üzrə olan Azərbaycana gözümü açdım!
Cənab Prezident, hər zaman çıxışlarında: "Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın" dedi, "Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin" demişdir.
Erməni tərəfi birmənalı olaraq anlamalıdır ki, - "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və biz öz torpaqlarımızın ərazi bütövlü uğrunda mübarizəmizi aparırıq!"