Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin cəsarətli, milli və dövlət maraqlarını əks etdirən mövqeyi hər bir Azərbaycan gəncini qürurlandırır!

23 sentyabr 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü İlahə Abdullazadə

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda cənab Prezident İlham Əliyevin həm Azərbaycan Respublikasının Prezidenti kimi, həm də Qoşulmama Hərəkatının sədri olaraq iki rəsmi statusda çıxışı və çıxış zamanı Ermənistan-Azərbaycan münaqişəsinə, BMT və onun Təhlükəsizilik Şurası ilə bağlı, həmçinin beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərlə bağlı fikirlərini Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından dilə gətirməsi hər bir azərbaycanlı kimi mənə də böyük qürur verməkdədir.

2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində hərəkatın nüfuzunun və rolunun artmasına ciddi töhfə verib. Prezident İlham Əliyevin Yüksək Səviyyəli İclasda çıxışında qeyd etdiyi kimi qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının sessiyasını onlayn qaydada çağırmaqla Azərbaycan dünya praktikasında bir ilkə imza atmışdır.Təəssüf ki, beynəlxalq hüquq sahəsində ikili standartların olması, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulduğunu, hüququn gücündən çox bir çox başqa  amillərin keçərli olduğunu bizə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn əsas nizamlayıcı funksiyasını kölgədə qoymaqla elə BMT–nin nüfuzuna böyük zərbə vurur. BMT Təhlükəsizlik Şurasının bəzi qərarlarının icra edilməmiş qalması , həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi yolverilməzdir və beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır. Bunun ən bariz nümunəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın ordu birləşmələrinin qeydsiz - şərtsiz işğal edilmiş ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnamənin bu günə qədər hələ də icra edilməmiş qalmasıdır. Bütün bunların fonunda son zamanlarda işğalçı Ermənistanın daha azğınlaşması işğal edilmiş və cəbhə boyu ərazidə törədilən ardıcıl təxribatları  Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.” Bu, həm beynəlxalq hüququn yerinə gətirilməsinin tələb edilməsi baxımından, həm də əl atacağı hər hansısa təxribata görə Ermənistana edilən xəbərdarlıqdır.

Qeyd etmək istəyirəm ki, cənab Prezidentin BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasdakı çıxışı Azərbaycanın dünyada söz sahibi oluğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı. Təbii ki, Azərbaycanın bu iclasda 120 dövlətin adından söz demək imkanına sahib olması, cənab Prezident İlham Əliyevin apardığı müstəqil və ədalətli beynəlxalq siyasətin göstəricisidir və bir Azərbaycan gənci olaraq bütün bunlar məni də sevindirir, qürurlandırır. Yaşasın, suveren, qüdrətli, müstəqil, demokratik Azərbaycan Respublikası. Yaşasın, Azərbaycan xalqının sözünü  zamanında, yerində deməyi bacaran güclü lideri cənab İlham Əliyev !!!

Keçidlər