Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda abadlıq işləri davamlı olaraq aparılır.

18 sentyabr 2020 | 16:00

Sentyabrın 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il tarixli Sərəncamı ilə Hövsan qəsəbəsində Əfqanıstan İttifaqı veteranlarının üzvlərinə ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evlərində yaşayan sakinlərlə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla görüşmüş və onların problemləri ilə yaxından tanış olmuşlar. Sakinlərin müraciətləri həmin ərazidə kanalizasiya xətlərinin çəkilib tam başa çatdırılmaması, rabitə xətlərinin olmaması və qazın təzyiqinin zəif olması ilə bağlıdır. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara RİH tərəfindən müraciət ünvanlanmışdır.
Həmçinin, RİH başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində gedən təmir işləri ilə də yerində tanış olmuşlar. Qeyd edək ki, əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında bordür düzülərək səkilər təmir edilir, asfalt örtüyü yenilənir. Rasim Şahsuvarov, Cəbrayıl Xanməmmədov, Rüfət Abdullayev küçələrinin sakinləri ilə də görüş keçirilərək onların müraciət və təklifləri dinlənilib. Görüş zamanı binaların dam örtüklərinin təmiri və yaxın zamanda həmin ərazidə istirahət parkının salınması ilə bağlı təkliflərin həyata keçirilməsi müzakirə olunub.

 

 

Keçidlər