Şriftin ölçüsü :

Saytın rəngi :

"Məğlubiyyət Paşinyanın kabusuna çevriləcək!"

21 sentyabr 2020 | 16:00

Döyüş növləri üzrə dünya çempionu Ceyhun Əliyev

Ötən 17 ildə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər, debatlar daim ciddi bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə işğalçı ölkə rəhbərliyini ifşa edib, onları rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz, əsaslı faktlarla açıqlayıb. Münxen Təhlükəsizlik Konfransında olduğu kimi...
Ermənistan növbəti belə diplomatik zərbəni Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında keçirilən sammitində aldı. Prezident İlham Əliyev konkret faktlar əsasında Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə yerində oturtdu.
Bu dəfə də Azərbaycan Prezidentinin Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin bu işğalçıların havadarlarına olduqca layiqli bir cavab oldu. Dövlət başçısı çıxış edərək Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirdiyini, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olduğunu bəyan etdi: "Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Bəli, bu gün terrorçu dövlət olan Ermənistan gizlin silah alverindən tutmuş, islamafobiyanın geniş vüsət almasına kimi bütün çirkin əməlləri beynəlxalq səviyyədə həyata keçirməkdədir.
Və çox təəssüf ki, bu işdə Ermənistanın havadarı olan və satqın respublikadan öz məqsədləri üçün istifadə edən dövlətlər də az deyil.
İslamafob dövlətlərin maraq dairəsində olan isə multikultural dəyərləri ən üst səviyyədə təbliğ edən, dinindən, dilindən , milliyətindən asılı olamayaraq bütün insanlara isti qucağını açmış Azərbaycan torpaqlarına sahiblənmək, müstəqilliyini əlindən almaqdır.
Lakin bir çox nüfuzlu beynəlxalq yarışlar, tədbirlərə ev sahibliyi etmiş dövlətimiz IV İslam Həmrəylik oyunlarını məhz Bakıda keçirməklə bir daha Ermənistan kimi islamafob dövlətlərə müsəlman aləminin həmrəyliyini, dostluğunu, humanistliyini çatdırmış oldu.
İşğal etdikləri Azərbaycan torpaqlarından çıxmamaq üçün israr edən üzsüz Ermənistan dinimizi təhqir edir, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza həyasızcasına yiyələnməyə çalışır və bu biabırçı davranışlarını mütəmadi təkrarlayır.
Qəribəsi odur ki, Ermənistanda hələ də başa düşmürlər ki, ərazilərimizin işğalının davam etdirilməsi ilə bağlı çirkin planlarından əl çəkməsələr, bunun nəticəsi məhz onların özü üçün daha ağır olacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi-" Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistan tərəfindən işğal olunan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərimizin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək!"

 

Keçidlər