Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki ailənin təməli qoyuldu

20 may 2014 | 15:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin  nikah mərasimi təşkil olunmuşdur. 
Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı Gülnar Hüseynli mövcud qanunvericiliyə uyğun olaraq Anar Rəhimovla Gülnar Abdullayevanın, sonra isə Əflatun Cəfərovla Səadət Səmədovanın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi.
Bəy və gəlinlərin nişan üzüklərinin dəyişdirilməsi  iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olundu. Yeni evlənənlər toplaşanların çoxsaylı təbrikləri qəbul etdilər.
           Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı.
         Yeni ailələrə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edildii.
Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar. Heydər Əliyev parkı ilə tanışlıqdan sonra “Gəncər bağı”nda yeni salımış “Sevən ürəklər” guşəsində sərv ağacıları əkdilər.
          Heydər Əliyev parkında musiqili fəvvarələrin ətrafında tədbir davam etdi. Burada fəvvarələrin aydınlıq rəmzi kimi səpdiyi suyun yaratdığı xəfif mehin havasında gənclərin şəninə tort kəsildi, iştirakçılar şampan şərabına qonaq edildi, fişənglər atıldı və həzin musiqi sədaları altında rəqs kollektivinin çıxışları oldu.

Keçidlər