Şriftin ölçüsü :

Saytın rəngi :

A.Aqarunov adına 154 nömrəli tam orta məktəbin direktoru Əli Yunis oğlu Əliyev: "Azərbaycan tərəqqi yolunda addımlayan dövlətlərdəndir"

16 sentyabr 2020 | 16:00

Azərbaycan tərəqqi yolunda addımlayan dövlətlərdəndir

Azərbaycan dövlətçiliyinin qurucusu, baş memarı Ulu Öndər Heydər Əliyevin strateji kursunun ən layiqli yetirməsi möhtərəm prezidentimiz İlham Əliyev cənablarının və Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində ölkəmiz dinamik surətdə inkişaf etməkdədir. Dünyanı cənginə almış koronavirus (COVİD 19) pandemiyası dövründə belə bu dinamik inkişaf uğurla davam etdirilir.
Böyük fəxr və qürur hissi duyuruq ki, möhtərəm prezidentimiz Azərbaycanın yalnız regionda deyil, bütün dünyada siyasi, iqtisadi və diplomatik gücə malik olduğunu pandemiya dövründə də sübut etdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Bilik Günü” ərəfəsində “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı oldu. Açılışda çıxışı zamanı prezident qeyd etdi ki, neft və qaz nə vaxtsa tükənə bilər, ona görə də qeyri-neft sektorunu, kənd təsərrüfatını, tütünçülüyü və s. inkişaf etdirib, idxalı tamamilə azaltmalıyıq, ixracata keçməliyik. Xarici investorları ölkəyə cəlb etmək üçün yeni istehsal sahələri yaratmalıyıq. Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq.
Təbii ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
“Bilik Günü” ərəfəsində Suraxanı rayonu Əmircan qəsəbəsində Murtuza Muxtarov adına parkın açılışında, eləcə də cəsur tankçı Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan, 154 nömrəli tam orta məktəbin yeni binasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsini kollektivimiz yeni tədris ilində bayram hədiyyəsi kimi çox yüksək dəyərləndirir, Ulu Öndərin ən layiqli yadigarları olan möhtərəm prezidentimizə və Birincı vitse-prezident Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk!
Pandemiya dövru olmasına baxmayaraq, qısa bir vaxtda bizi yeni elm məbədi ilə təmin edən Prezidentimizin ali qayğısına biz də əməli fəaliyyətimizlə, nümunəvi təhsil göstəriciləri ilə cavab verəcəyik.

A.Aqarunov adına 154 nömrəli tam orta məktəbin direktoru Əli Yunis oğlu Əliyev

Keçidlər