Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Təhsil Mərkəzinin açılışı bu gün yeni texnologiyalarla təchiz edilən avadanlıqlarla işləməyi bacaran yüzlərlə mütəxəssislərin yetişməsinə imkan verəcəkdir

16 sentyabr 2020 | 16:00

Hər bir ölkədə sənayenin inkişaf səviyyəsi onun stabil iqtisadi inkişafını təmin edən ən mühüm amillərindən biridir. Sənayenin inkişafı xalq təsərrüfatının bütün sahələrinin inkişafına şərait yaradaraq digər sahələrdə də keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsalına imkan yaradır.
Son dövrlərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar iqtisadiyyatın bütün sahələri kimi, sənayenin də dirçəlişinə səbəb olmuşdur. Xüsusən də ölkədə qeyri-neft sektorunun inkişafı, ümumi daxili məhsulun strukturunda bu sahənin payının getdikcə artması islahatların nəticəsidir.
Qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın azaldılması, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətə davamlı məhsul istehsalının dəstəklənməsi, biznes mühitinin əlverişliliyinin artırılması, xarici və yerli investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən islahatlar bu gün ölkə başçımız cənab İlham Əliyevin əsas hədəfləridir.
Prezident İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında iştirakı zamanı çıxışında bunları bir daha diqqətə çatdırdı. Belə bir Peşə Təhsil Mərkəzinin açılışı bu gün yeni texnologiyalarla təchiz edilən avadanlıqlarla işləməyi bacaran yüzlərlə mütəxəssislərin yetişməsinə imkan verəcəkdir.
Prezident İlham Əliyev çıxışında xarici investorların ölkəmizə marağının artdığını qeyd etdi və yerli investorları Azərbaycana sərmayə yatırmağa çağırdı.
Bu gün ölkəmizdə əlverişli biznes və investisiya mühiti, sənayenin inkişafını şərtləndirən amillərdən biri olan makroiqtisadi sabitlik mövcuddur. Eyni zamanda zəruru infrastrukturların mövcudluğu bütün sahələrin, o cümlədən, sənayenin inkişafını şərtləndirən başlıca amillər sırasındadır.

"Suraxanı maşınqayırma zavodu" ASC-nin sədrinin 1-ci müavini Kavkaz Vəliyev

Keçidlər