Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya nəticəsində dünyada yaşanan böhrana baxmayaraq, Azərbaycanda planlaşdırılan bütün sosial layihələr həyata keçirilir.

16 sentyabr 2020 | 16:00

Ölkəmizdə son illər dinamik inkişaf gedir. Bu inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və əzmi nəticəsində olmuşdur. “Dünya dövlətlərinin pandemiyanın qarşışında aciz qaldıqları bir zamanda, Azərbaycan minimum itkilərlə bu vəziyyətdən qorunmağa çalışır”. Bu fikirləri prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı zamanı qeyd etmişdir.
Dövlət başçımız çalışır ki, Azərbaycana investisiya axını dayanmasın. Pandemiya nəticəsində dünyada yaşanan böhrana baxmayaraq, Azərbaycanda planlaşdırılan bütün sosial layihələr həyata keçirilir. Buna nümunə olaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tikilən sosial binaları, məktəb binalarını, uşaq bağçalarını göstərmək olar. Bütün bu sadalananlar quruculuq işlərinin tərkib hissəsidir. Pandemiyadan öncəki illərdə də ölkəmizdə böyük quruculuq və abadlıq işləri aparılmışdır.
Bu quruculuq və abadlıq işlərinin tərkib hissəsi kimi bizim rayonumuzda da silsilə tikinti və quruculuq işləridə aparılmışdır. Suraxanı rayonunda aparılmış abadlıq işləri Yeni Suraxanı qəsəbəsindən də yan keçməmişdir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə əsası 1937-ci ildə qoyulmuş müasir dövrün tələblərinə cavab verməyən Sovet İttifaqı qəhrəmanı Əmi Məmmədovun adını daşıyan 101 № - li tam orta məktəb qəzalı vəziyyətdə olduğundan sökülərək, yenidən tikilmışdir. 2019/2020-ci tədris ili üçün inşa olunmuş bu təhsil ocağında şagirdlərin biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılmış, yeni texnologiyalarla təchiz olunmuşdur.
Bu yenilikləri qəsəbəmizin sakinləri çox böyük sevinclə qarşılamışdır. Onların adından dövlət başçımıza dərin minnətdarlığımızı bildirirəm. Bütün bu sadalananlar Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu siyasətinin nəticəsidir. Xalqımız ölkə başçısının bu uğurlu siyasətini hər zaman dəstəkləyir.

Əmi Məmmədov adını 101 № - li tam orta məktəbin direktoru Səidə Məmmədova

Keçidlər