Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda yenidənqurma işləri davam etdirilir.

10 sentyabr 2020 | 16:00

Suraxanı rayonu, Hövsan qəsəbəsində uzunluğu 3 km, eni 12 m olan İlqar Əhlimanov küçəsində yenidənqurma işləri aparılır. Əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında səkilər təmir edilir, olmayan yerlərdə isə yeniləri qurulur. Yol boyu bordurlar dəyişdirilir, tamet daşı düzülür, işıq dirəkləri yeniləri ilə əvəzlənir. Ərazidə asfalt örtüyünün salınması üçün də hazırlıq işlərinə başlanılmışdır.
Həmçinin, estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yeni layihələr hazırlanaraq ətraf ərazidəki qeyri-yaşayış obyektlərinin sahiblərinə təqdim edilmişdir.

 

Keçidlər