Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixi köklərini Azərbaycan Xalq Cümhuriyyəti vaxtından götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün də yüksələn xətlə inkişaf edir”

06 sentyabr 2020 | 16:00

Abil Səfərov adına 114 saylı tam orta məktəbin Tarix müəllimi Tahirova Təranə

2018-ci ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının və sentyabrın 15-də Bakı Şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Bakı səmasındakı uçuşu,Türkiyə-Azərbaycan əsgərlərinin birgə yürüşü iki ölkə arasındakı  hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
Türkiyə hələ SSRİ-nin mövcud olduğu şəraitdə 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. 1993-cü il Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağlamışdır.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığın əsası 1992-ci il avqustunda Ankarada “Azərbaycan Höküməti ilə Türkiyə Höküməti arasında qarşılıqlı hərbi təlim–təhsil haqqında Müqavilə”nin imzalanması ilə qoyulmuş, 2010-cu ilin avqust-sentyabr aylarında imzalanmış müqavilələr ilə yeni dinamik inkişaf yoluna qədəm qoydu. 2010-cu il Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq baxımından “zirvə ili”  hesab olunur. 2001-cİ il mart ayında T.B M.M-də Ulu öndərimiz Heydər Əliyev Türkiyə-Azərbaycan arasındakiı hərbi-siyasi əməkdaşlığını yüksək qiymətləndirərək demişdir: “Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm də dayaq nöqtəsi və arxadır”.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən 2020-ci  il avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax şəhərlərində təlimlər keçirilmişdir. Bu təlimlərin keçirilməsi mənfur və işğalçı dövlət olan Ermənistanı qorxuya salmağa kifayət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri N.Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxış Türkiyə ilə bağlı rəsmi Bakının mövqeyini açıq şəkildə səsləndirdi. Ölkə başçımız bütün məsələlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu, Türkiyənin təkcə strateji tərəfdaş və dost yox, məhz qardaş dövlət olduğunu bildirməsi iki dövlət arasındakı münasibətlərin ən üst səviyyədə olduğunu göstərir.

Keçidlər