Suraxanı rayonunda da son dövrdə abadlıq-quruculuq işləri geniş miqyas almış, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri uğurla həyata keçirilir.
Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.
Suraxanı rayonunda da son dövrdə abadlıq-quruculuq işləri geniş miqyas almış, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri uğurla həyata keçirilir.
Sakinlərin də müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə mərhələli şəkildə bu işlər davam etdirilir.
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində 1 580 metr (9 480 kv.m) uzunluğunda məhəllədaxili yollarda asfalt örtüyünün vurulması işləri aparılır.
Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.