Suraxanı rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə rayon ərazisində fəaliyyət göstərən ictimai- iaşə obyektlərinə reyd keçirilmişdir.
18 avqust 2020 | 16:00
Suraxanı rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə avqustun 18-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələrinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai- iaşə obyektlərinə reyd keçirilmişdir.