Suraxanı rayonunda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir
Suraxanı rayonunda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir
Bakı şəhərində sanitar-epidemioloji vəziyyət, əhali arasında koronavirus infeksiyasına yoluxma sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən məhdudiyyətlərin bir qismi yumşaldılıb.
Əhalinin sağlamlığının qorunması məqsədi ilə Suraxanı rayonunda zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Avqustun 15-də növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Rayon ərazisində dezinfeksiyaedici kimyəvi maddələrlərdən istifadə edilməklə çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında səkilərdə, yol kənarlarında, parklarda, obyektlərin qarşısında, avtobus dayanacaqlarında, məhəllələrdə, həmçinin xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə küçələrdə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri bütün qəsəbələri əhatə etməklə gündəlik olaraq həyata keçirilir.