Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Suraxanı rayonunda mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Suraxanı rayonunda mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
Karantin rejiminə tətbiq edilmiş yumşalmalara məsuliyyətin daha da artırılması, yaranmış müsbət dinamikanın qorunub saxlanılması məqsədilə rayonun bütün qəsəbələrində RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydlər mütəmadi davam etdirilir.
Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sakinlərlə marifləndirici söhbətlər aparılır, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunur. Tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılır. Aşkarlanan qanun pozuntuları hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sənədləşdirilir, karantin qaydalarını pozan şəxslər barəsində tədbirlər görülərək, onlar qanun çərçivəsində cərimə olunurlar.
Həmçinin fəaliyyət göstərən obyektlərdə tibbi qoruyucu maskalardan istifadə, sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə obyekt sahiblərinə müvafiq göstərişlər verilir.