Suraxanı rayonunda abadlıq-quruculuq işləri, sosial layihələrin icrası çərçivəsində son vaxtlar genişmiqyaslı işlər həyata keçirilir.
13 avqust 2020 | 16:00
Suraxanı rayonunda abadlıq-quruculuq işləri, sosial layihələrin icrası çərçivəsində son vaxtlar genişmiqyaslı işlər həyata keçirilir. Hazırda Əmircan qəsəbəsi, 1849-cu keçid 2 saylı və Elxan Həsənov küçəsi 95 saylı binaların həyətində ətraf ərazinin görünüşünə xələl gətirən dəmir konstruksiyalı qarajlar, su çənləri yığışdırılır, sakinlər tərəfindən özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır. Həmçinin, binaların həyəti ətraf mühit və insan sağlamlığı üçün zərərli olan məişət və iriqabaritli müxtəlif təyinatlı tullantılardan xüsusi texnika ilə təmizlənir.