Şriftin ölçüsü :

Saytın rəngi :

"Suraxanı maşınqayırma zavodu" ASC-nin sədrinin 1 -ci müavini Kavkaz Vəliyev “Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə İqtisadi və sosial sahədə də kifayət qədər işlər görülmüşdür”

09 avqust 2020 | 16:00

"Suraxanı maşınqayırma zavodu" ASC-nin sədrinin 1 -ci müavini Kavkaz Vəliyev
“Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə İqtisadi və sosial sahədə də kifayət qədər işlər görülmüşdür”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da keçirdiyi müşavirə bir daha təsdiq etdi ki, respublikamızda bu sahədə əhəmiyyətli dərəcədə işlər görülmüş, böyük layihələr və sosial proqramlar həyata keçirilmişdir.
Qısa müddət ərzində həyata keçirilmiş çoxsaylı qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının yayılmasını nəzarət altına almağa imkan vermişdir.
İstər dövlət sektorunda, istərsə də qeyri-dövlət sektorunda pandemiyadan ziyan çəkən sektorlarda çalışanların iş yerlərinin saxlanması, onların əmək haqlarının ödənilməsi üçün dövlət büdcəsindən böyük maliyyə resursları xərclənmişdir. Sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi təsdiq edilmiş və bu proqramın icrasına başlanılmışdır. Aztəminatlı təbəqəyə aid olan altı yüz mindən çox insan bir neçə aydır ki, dövlətdən 190 manat müavinət alır.
Müşavirədə dövlət başçısı iqtisadiyyatın liberallaşdırılmasında daha ciddi addımların atmasının da vaxtının çatdığını bəyan etmişdir. Özəlləşdirmə sahəsində islahatların davam etdirilməsi, bu sahəyə xarici və yerli investorların aktiv cəlb edilməsi, fəaliyyəti dayanmış müəssisələrin bərpa edilərək onların fəaliyyətinin canlandırılmasının vacibliyi mühüm tapşırıq kimi qarşıya qoyulmuşdur.
İnanırıq ki, dövlətimiz bütün çətinliklərdən uğurla çıxacaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar vətəndaşlarımızın güzəranının daha da yaxşılaşmasına gətirib çıxaracaqdır.

Keçidlər