Suraxanı rayonunda da sakinlərin sosial problemlərinin həlli daim nəzarətdə saxlanılaraq su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilir.
Dövlətimizin birbaşa qayğı və diqqəti nəticəsində paytaxt Bakıda və regionlarda reallaşdırılan mühüm layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub.
Suraxanı rayonunda da sakinlərin sosial problemlərinin həlli daim nəzarətdə saxlanılaraq su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilir.
Hal-hazırda Suraxanı rayonu, Bülbülə və Əmircan qəsəbələrinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində “Azərsu” ASC-nin sifarişi ilə su və kanalizasiya xətlərinin çəkilməsi üzrə ixtisaslaşmış podratçı təşkilat tərəfindən Əmircan qəsəbəsi Səttar Bəhlulzadə, Park, Malik Mustafayev, Atamoğlan Rzayev küçələri istiqamətində istismar müddəti bitmiş kanalizasiya xətlərinin dəyişdirilməsi və d-800 mm-lik borularla 2900 metr uzunluğunda yeni kanalizasiya xətlərinin çəkilməsi işləri aparılır. Həmçinin, xətlər üzərində yağış və səth sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları quraşdırılır.
Rayonun digər qəsəbələrində də yeni su və kanalizasiya şəbəkələrinin qurulması işləri nəzarətdə saxlanılaraq mərhələli şəkildə davam etdirilir.