Şriftin ölçüsü :

Saytın rəngi :

“Prezident İlham Əliyevin iradəsi qarşısında əzilən-hünərsiz Nikol Paşinyan”

02 avqust 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının
məsləhətçisi Ənvər Haqverdiyev:
“Prezident İlham Əliyevin iradəsi qarşısında əzilən-hünərsiz Nikol Paşinyan”
Çox zəngin gündəmi olan bir ayı daha arxada qoyuruq. Həm siyasi, həm hərbi, həm də ictimai proseslərin böyük hərəkət dinamikasına malik olduğu bir iyul ayı. Yəqin ki, siyasi analitiklər, politoloqlar, strateji araşdırma mərkəzləri, hərbi ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri olan ictimai təşkilatlar hesabatlarını verəcək, məlumatlar dərc ediləcəkdir. Biz isə gəlin baş vermiş hadisələrə real Azərbaycan vətəndaşının baxış bucağından nəzər yetirək.
Hadisələri hər gün izləyən sadə Azərbaycan vətəndaşı illərdir artıq böyük patologiyaya çevirilən Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin real həllinin yaxınlaşdığına öz adı kimi əmin olmağa başlayıb. Özü də Azərbaycanın istədiyi kimi və beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına əmindir.
Azərbaycan həmişə olduğu kimi son aylarda da, yüksələn dinamika ilə beynəxalq nüfuzunu artıraraq, ümumdünya təşkilatları çərçivəsində mövqeyini gücləndirir. Azərbaycanı dəstəkləyən, onunla eyni layihələrdə iştirak etmək istəyən ölkələrin sayı hər gün daha da çoxalır. Azərbaycan Respublikası gücləndikcə dünya azərbaycanlıları onun ətrafında daha sıx biləşir və ana vətən uğrunda dünyanın hər yerində vahid bir mərkəzdən mübarizəni davam etdirirlər.
Azərbaycan ordusu artıq dünyanın ən güclü orduları siyashısında hörmətə layiq yerlərdən birini tutur. Milli ordumuzun hissə və bölmələri çox ciddi təchizatla təmin olunur, orduda ruh yüksəkliyi isə hər gün artmaqdadır. Xalqın öz ordusuna inamı əldə olunan və olunacaq qələbələrin əsas qaynağıdır. Ali Baş Komandana minlərin, on minlərin yürüşlər, sosial media platformalarında fikirlərin ifadəsi və Səfərbərlik xidmətinin idarələrinə birbaşa müraciət etmələri ilə xalq öz dəstəyini nümayiş etdirmiş oldu.
İndi gəlin yuxarıda sadalanan fikirlərin fövqündə Ermənistan və konkret Paşinyanın baxış bucağından müqayisəsinə diqqət yetirək! Dünya birliyi Ermənistanın yeni hakimiyyətindən gözləntilərinin boş olduğunu anlayır. Koronavirusla bağlı, dünyaya heç bir töhfə verməyən Ermənistan əksinə dünya dövlətlərindən dilənir. Baş nazir hətta nəinki xalqını,  özünü və ailəsini də virusdan qormaq iqtidarında deyil. Ölkədə, aclıq, səfalət, işsizlik, əhalinin ölkə ərazisini tərketmə halları artaraq davam edir.
İndi meydanlarda köhnə cinayətkar Sarkisyan hakimiyyətinə alternativ kimi göstərilən və cənab Prezidentin də dediyi kimi əlacsızlıqdan hakimiyyətə gətirilən Paşinyan və onun dilimizə tərcümədə “Çıxış” partiyası heç də erməni xalqının problemlərinə çıxış yolu tapa bilmədi. Bu manqurt baş nazir dünyanın müasir çağırışlarına zidd olan mövqeyinə davam etsə, Ermənistan daha da uçuruma yaxınlaşacaq. Hər dəfə vətəndaşları Paşinyanı və elə özündən əvvəlkiləri də sıxanda əllərində olan yeganə kartı istifadə edirdilər-Qarabağda yalandan hərbi vəziyyəti gərginləşdirmək kartı! İndi erməni hakimiyyətinə bir pis xəbərim var ki, 2016-cı ildən artıq bu kart öz əhəmiyyətini itirib. Göründüyü kimi iyul ayında arsız və abırsızcasına etdikləri təxribatlar sayəsində yenidən biabır oldular. Aprel zəfəri, Günnüt əməliyyatlarında olduğu kimi bu dəfə də, onların başlarına elə bir zərbə endirmişik ki, bir müddət özlərinə gəlmələri çətin olacaqdır.

Mən hər bir oxucunun diqqətini son hadisələrdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarına çəkmək istəyirəm. Hər dəfə istər Ermənistan hakimiyyətinə, istərsə də onların havadarlarına qarşı çox ciddi faktlarla dolu ittihamlar irəli sürür. Özü də cənab Prezidentin səsləndirdiyi hər bir fikir maddi sübutlara əsaslanır. Deyim ki, bütün hallarda cənab Prezidentin səsləndirdiyi fikirlər ünvanına vaxtında operativ şəkildə çatır və reallıqdır ki, düşmən tərəfinin Prezidentə cavab verməyə sözün bütün mənalarına hünəri çatmır. Gördüyümüz mənzərə isə bizim üçün qürurverici, ermənilər üçün həzəyandan başqa bir şey deyil. Prezident İlham Əliyevin iradəsi qarşısında əzilən, hünərsiz Nikol Paşinyan.
Ermənilər bir çox xarici qüvvəllərin müstəmləkəsi kimi özlərini aparırlar. Başda Soros olmaqla xarici fondlardan aldıqları və adlarını ianə qoyduqları pullar sayəsində Ermənistan azad, süveren dövlət kimi fəaliyyət göstərə bilmir. Ağalar zamanla dəyişir, ermənilər isə qulluqdan çıxa bilmirlər. Sadə ermənilər öz həyatlarında əyani şəkildə hakimiyyətlərinin bütün sferalarda fəaliyyətsizliyini, cəsarətsizliyini, fərasətsizliyini hiss edirlər. Azərbaycanla müqayisə olunmayacaq qədər geridə qalan düşmən ölkə əhalisi başa düşməlidir ki, əgər Ermənistan regionda inkişaf etmək və mikro, mezo və makro layihələrə qoşulmaq istəyirsə mütləq Azərbaycan torpaqlarında işğala şərtsiz son verməlidir. Paşinyan hakimiyyəti isə özünü və dövlətini dünyaya güldürməyə davam etməklə məşğuldur. Heç kəs tərəfindən qəbul olunmayacağını bilə-bilə, hər kəs tərəfindən ironiya ilə qarşılanan, gülməli şərtlər irəli sürərək, ciddi siyasətdən uzaq, erməniləri fəxri porno “qəhramanlarla” dövlət idarəçiliyinə zidd addımlar ataraq bir baş nazirdən çox özünü instaqram təlxəyi kimi aparır. Əlbəttə itirən sadə erməni xalqıdır.
Xarici düşmənlərlə yanaşı daxilimizdə olan, hər fürsəti dövlətimizə qarşı sui-istifadə etməyə çalışan, vətəndaşlarımızı süni itaətsizliyə çağıran radikallara da xalqın dəstəyinin təkrarı bildiyi həqiqətləri yenidən xatırlatdı. Artıq siyasi sferada öz istehlak tarixlərini çoxdan başa vurmuş bu adamlar etdikləri əməllərin bu hadisələrə qədər etdikləri əməllərdən çox fərqləndiyinin fərqinə yavaş-yavaş varırlar. Varmasalar da olar! Əsas odur ki, bu xalq ona edilən xəyanətləri nə unudur, nə də bağışlayır.
Düşünürəm ki, indi nə Əli Kərimlinin “tülkü kimi həccə getməyinin”, nə də Sevinc Osmanqızının şəhid atasının adının arxasında gizlənməyinin heç bir əhəmiyyəti olmayacaq. Xalq əsl simalarını gördü. Qanun  və hüquq mühafizə orqanları ilə, Azərbaycanda və dünyanın hər yerində  siyasi, dini, milli mənsubiyyətindən aslı olmayaraq hər kəs ortaya vətəndaş mövqeyi qoydu. Dövlətinin, xalqının, ordusunun və milli maraqları qoruyan günahsız adamların mövqeyini qoruya bilməyən müxalifət, ümumiyyətlə ayrı-ayrı fərdlərin bu xalqa gərək olmadığını insanlar artıq yüksək səslə ifadə etməyə başladı.
Heç vaxt milli maraqları müdafiə etməyən radikal müxalifət, Milli Şura, AXCP və konkret Əli Kərimli bu dəfə milli maraqları siyasi alver predmetinə çevirməyi belə siyasi öz keçmişlərinə yazdırmağı layiq bildilər təəssüf ki! Onsuz da milli müxalifət kimi fəaliyyətləri yox idi. Hər kəs sizin o tutduğunuz və illərdir yeni müxalif liderlərin formalaşmasına maneə olduğunuz postlardan getməyinizin əhəmiyyətini gözəl anlayır. Bunu ləyaqətlə həyat keçirtmək əvəzinə, qanuni həbs olunan adamların üzərindən siyasi alver həyata keçirmək, hakimiyyəti oyuna çəkmək niyyətləriniz bu dəfə də alınmadı və alınmayacaq. Əvəzində xalq sözünüzün üstündə durmağınızı və təcili heç bir faydası olmayan postları tərk etməyinizi sizdən təkidli tələb edir.

Keçidlər