Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ bizimdir, bizim olacaq!

31 iyul 2020 | 16:00

Əmircan Bələdiyyəsinin sədr müavini Cəmilə Ağayeva
Qarabağ bizimdir, bizim olacaq!
Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin mənbəyi xalqdır. Bu gün biz, xalq olaraq, öz Prezidentimizə, Ali Baş Komandanımıza güvəndiyimiz qədər, ordumuzun əsgərlərinə də güvənirik!
Azərbaycan ordusu hər zaman möhkəm iradəyə malik, güclü potensialı olmuşdur. Hələ Sovetlər dönəmində mərhum ulu öndər Heydər Əliyev, Azərbaycan ordusunun mükəmməl olmağından ötrü əlindən gələni əsirgəməmişdir. Sovet hakimiyyəti tərəfindən maneələrə baxmayaraq, Bakıda C. Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, elə öz zamanında ordunun irəliləməsinə səbəb olmuşdur.
Bu gün "torpaq uğrunda ölən varsa vətəndir" deyirik! Bu gün Azərbaycan ordusu, şəhid verəndə, həmin şəhidin valideyni "vətən sağ olsun! " deyərək, üç rəngli bayrağı öpüb, gözləri üstünə qoyur. Bu nə qədər təsirli olsa da, qürurvericidir! Azərbaycan əsgəri daima vətənimizin keşiyində, torpaqlarımızı düşmən tapdağından qoruyur! Bu günlərdə düşmən təxribatı nəticəsində Tovuz sərhədində şəhid verdiksə, biz polad kimi əyilmədik, mübariz olduq! Çünki bu vətənin saysız, hesabsız Poladları, Mübarizləri var!
Azərbaycan əsgəri! Daima irəli! Bu yol səni yormasın, usandırmasın! İlhamla irəli get ki, daima uğur sənin olsun!
Bu günlərdə mən də bu vətənin qızı kimi, Müdafiə Nazirliyindən hərbi səfərbərlik olarsa, qeydiyyatdan keçmişəm! Düşünürəm ki, bizim hər dövrdə qürur duyduğumuz qəhrəman kişilərimiz, ərənlərimiz olduğu kimi, Nigarlarımız, Həcərlərimiz də olub! Bu gün bu torpaq üçün vuruşmaq, lazım gələrsə, ölmək, hər birimizin vətəndaşlıq borcudur! İnanıram ki, tezliklə Ali Baş Komandanın əmri ilə igid əsgərlərimizin fədakarlığı ilə Qarabağ bizimdir, bizim olacaq!!!

Keçidlər