Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladı Səfər Quliyevin müraciəti

25 iyul 2020 | 16:00

“Mən, Quliyev Səfər 1990-cı ildə Füzuli rayonu, Horadiz kəndində anadan olmuşam. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat hesablama mərkəzində çalışıram. Birinci qrup əliləm, atam Quliyev İlqar Muradxan oğlu 1990-cı ildən könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmış və dəfələrlə yaralanmasına baxmayaraq yenidən döyüşə atılmışdır. Top komandiri idi. 1993-cü il iyulun 3-də Füzuli rayonu Qarakollu-Saracıq, Hadrut istiqamətində gedən qızğın döyüşlərdə torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuşdur. Həmin dövrlər əvəzolunmaz siyasətçi, Ulu Öndər Heydər Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı bizə təskinlik verirdi. Biz daim dövlət qayğısında olmuşuq. Mən də, ailəm də Şəhid Atam kimi daim xalqımızı, millətimizi, Prezidentimizi və onun ailəsini sevmişik, dəstəkləmişik”.

Keçidlər