Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçımız öz xalqına qarşı həmişə diqqətli olmuş, vətəni uğrunda canını fəda edənlərə xüsusi diqqətlə yanaşmışdır.

24 iyul 2020 | 16:00

318 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov:

Dövlət başçımız öz xalqına qarşı həmişə diqqətli olmuş, vətəni uğrunda canını fəda edənlərə xüsusi diqqətlə yanaşmışdır.

Ermənistan Respublikasının Silahlı Qüvvələri bu dəfə də məkirli siyasətinə sadiq qalaraq dinc əhalini, yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və iri çaplı silahlardan atəşə tutması nəticəsində cəbhə xəttinə yaxın olan kəndlərdə, mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.
Ermənistan respublikasının qonşu dövlətlərlə apardığı düşmən siyasətinin nəticəsində demək olar ki, iqtisadiyyatı tam tənəzzülə uğramış, ötən illər ərzində heç bir iqtisadi uğur əldə edə bilməmişdir. Əhalisinin yaşayış səviyyəsinin çox aşağı düşməsi, ölkə daxilində sosial partlayış səviyyəsinə çatması, kütləvi surətdə ölkədən köçmə halları, buna misaldır.
Baş verə biləcək sosial partlayışdan diqqəti yayındırmaq məqsədilə erməni silahlı qüvvələri bu dəfə Azərbaycanın Ermənistanla həmsərhəd olan Tovuz rayonunun sərhəd xəttində gərginlik yaratmağa çalışdı. Bu dəfə də Azərbaycanın dinc yaşayış ərazisi, mülki əhali atəşə məruz qaldı. Ermənistan hərbi qüvvələri tam layiqli cavablarını alaraq susduruldu.
Atəşə məruz qalmış cəbhə xəttinə yaxın ərazilərdə yerləşən altı yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ziyan dəymişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də "Azərbaycan Respublikasının Tovuz rayonu”nu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam” imzalayıb. Bu Sərəncamla həmin kəndlərdə mülki əhaliyə, dövlət əmlakına və infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddət ərzində qiymətləndirilməsi ölkə rəhbərinin daima xalqının yanında olmasına bariz nümunədir.
Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olması sərhəd bölgəsində düşmənlə üz-üzə dayanan və hər an erməni təxribatına məruz qalmaq təhlükəsi ilə yaşayan əhaliyə ruh yüksəkliyi verir. Bu bir daha təsdiq edir ki, Azərbaycanın dövlət siyasətinin əsas xəttini insan amili, vətəndaşların rifahı təşkil edir. Dövlət vətəndaşlarına dəstək və qayğı göstərməyə, onun təhlükəsizliyini təmin etməyə hazırdır. Təəssüflər olsun ki, təxribat itkisiz baş vermədi. Şəhidlərimiz var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daim şəhid ailələrinə qayğını öz diqqətlərində saxlayırlar. Bunun sübutu olaraq iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilmişdir. Bu təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı etməsi, daima xalqın arasında olması Azərbaycanın parlaq gələcəyə olan inamı artıraraq, tez bir zamanda torpaqlarımızın işğaldan azad olacağı əminliyini yaradır.
Dövlət başçımız öz xalqına qarşı həmişə diqqətli olmuş, vətəni uğrunda canını fəda edənlərə xüsusi diqqətlə yanaşmışdır. Şəhid olanların ailələrinə, əlilliyi olan şəxslərə həmişə xüsusi qayğı ilə yanaşmışdır. Biz inanırıq ki, dövlət başçımızın uğurlu siyasəti nəticəsində torpaqlarımız tezliklə mənfur düşmənlərdən azad ediləcək. Biz hər birimiz bir Azərbaycan vətəndaşı olaraq bu işdə dövlət başçımızın yanındayıq. Və inanırıqki, tezliklə Azərbaycan bütöv bir Azərbaycan olacaq.

Keçidlər