Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tovuzda erməni vəhşiliyinin aradan qaldırılması üçün gördüyü tədbir bir daha ölkə başçısının hər bir vətəndaşının yanında olduğunu bütün dünyaya sübut edir

24 iyul 2020 | 16:00

Suraxanı rayon sakini, politoloq Tural Əliyev: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tovuzda erməni vəhşiliyinin aradan qaldırılması üçün gördüyü tədbir bir daha ölkə başçısının hər bir vətəndaşının yanında olduğunu bütün dünyaya sübut edir”
Ermənistanın daxilində baş verən siyasi hərc-mərclik, Paşinyanın siyasi rəqiblərini sıradan çıxarması və ən əsası pandemiya zamanı iqtisadiyyatın iflasa uğraması nəticəsində günü-gündən artan sosial narazılıq dalğasının başqa səmtə yönəltmək məqsədilə Azərbaycana hücum etdilər. Ancaq unutduqları və hesaba almadıqları bir nüans var idi,o da Azərbaycanın güclü ordu olması, bu 90-cı illərin əvvələrindəki nizamsız ordu deyil. Böyük sayda canlı və texnika itki verərək geri çəkilməyə məcbur qaldı. Ermənistanın siyasi və hərbi rəhbərliyi hədəfdən yayınmaq üçün öz ictimaiyyətinə yalan məlumatlar verirdi, sonra məcbur qalıb özləri etiraf etdilər, Ermənistan heç nəyə nail olmadı.
Ermənistan Silahlı Qüvvələri mülki əhaliyə qarşı ağır silahlardan istifadə etməklə bütün insan hüquqları və beynəlxalq konvensiyaları kobud şəkildə pozdu. İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ” Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək İşçi Qrupları yaradılıb və Tovuz rayonuna ezam olunublar. Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində 76 yaşlı Tovuz rayonu, Ağdam kənd sakini Əziz Əzizov öz evində həlak olmuş, bir neçə evə ziyan dəyib, bəziləri dağıdılıb və şəxsi təsəssüraftlara da ziyan dəyib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tovuzda erməni vəhşiliyinin aradan qaldırılması üçün gördüyü tədbir bir daha ölkə başçısının hər bir vətəndaşının yanında olduğunu bütün dünyaya sübut edir. Dövlətimiz hər zaman ən ağır zamanlarda vətəndaşını bütün təhlükələrdən qoruyur. İnsanlarımızın ermənilərin hücumları nəticəsində evini tərk etməməsi, mərd və məğrur dayanması onun Ali Baş Komandana inamından irəli gəlir. Azərbaycan vətəndaşı arxayındır ki,ordumuz düşmənə layiqli cavab verir və bundan sonra da cavab verəcəkdir. Düşməni qorxudan və təşvişə salan, Azərbaycan Respublikasının Prezidentinin qətiyyətli addımıdır. Onların hücumlarının məqsədi qorxu yaradıb, 90-ci illərin əvvələrində cərayan edən siyasi və hərbi xaosu yenidən yaradıb, öz çirkin əməllərinə nail olmaqdır. Qarşılarında güclü Azərbaycanı görəndə qaçırlar başqa dövlətlərdən imdad istəməyə, cənab prezidentin də dediyi kimi, hünəriniz varsa tək gəlin vuruşaq, özləri də yaxşı anlayır ki, bu onların sonudur.
İyul ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak ediblər. Ölkə başçısı hər zaman məcburi köçkünlərə və şəhid ailələrinə dövlətin xüsusi həssaslıqla yanaşdığını, hər zaman da bu siyasətin aparacağını bir daha bəyan etdi. Prezident bir daha vurğuladı ki, Azərbaycan iqtidarının apardığı siyasətin mərkəzində vətəndaşların sosil rifah halının yaxşıdırılması dayanır.
Sitat : “Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar”.
Dövlət başçısı nitqində Tovuz rayonunda baş verən erməni təxribatlarına da toxundu. Tovuzun sərhədyanı kəndlərin tezliklə bərpa olunacağını, insanların rahat yaşaması üçün bütün addımların atılacağını bir daha söylədi. Bu bir daha Azərbaycanın gücünün göstərir. İşğalçı və faşist Ermənistanın bütün beynəlxalq qanunları ayaq altına ataraq, mülki insanların evlərinə belə mərmilər atmasını dünya ictimaiyyəti gördü. Münaqişənin ilk illərində Azərbaycanın beynəlxaq dəstəyi yox idi. Ancaq bu gün həm dostlarımız artır, həm də bizim haqlı olduğumuzu dərk etməyə başlayırlar. İlk dəstək qardaşTürkiyədən gəldi, prezindetin də vurğuladığı kimi Azərbaycan –Türkiyə kimi bir-birinə bağlı olan, ikinci belə dünyada dostluq nümunəsi yoxdur. Beynəlxalq və regional təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatlar verdi. Ermənistanın işğalçılıq siyasətinə son qoymağın vaxtı çatdığını artıq beynəlxalq tribunalardan səsləndirilir.
Azərbaycan Respublikasının Prezidenti hər zaman məcburi köçkünlərə və şəhid ailələrinə diqqət göstərməsi Azərbaycan dövlətinin bir daha mövqeyini ortaya qoyur. Hər bir vətəndaş dövlətin bu qayğısını hiss edir, dövlətinə inam da buradan qaynaqlanır. İyul ayının 14-də Bakıda və digər şəhərlərdə insanların küçələrə çıxması Ali Baş Komandana və Azərbaycan ordusuna dəstək ifadə etməsi sözlərlər deyil, əməllərlə yerinə yetirildi.
Azərbaycan Respublikasının  Prezidentinin Tovuzda erməni işğalçılarının açdığı iriçaplı silahlardan vətəndaşların əmlakına dəymiş ziyan tezliklə bərpa ediləcək. Xüsusi olaraq vurğulamaq istərdik ki, bu məsələ ölkə başçısının nəzarətindədir. Artıq yerlərdə komissiyalar işləyir. Dövlətin bu cür həssas zamanlarda vətəndaşlarının yanında durması, vətəndaşı ruhlandırır və düşmənin istənilən təxribatlarından çəkinmir, düşmənlər üzbəüz dayanan ordusuna inanır. Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi: “bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq “.
Dövlət başçımız öz xalqına qarşı həmişə diqqətli olmuş, vətəni uğrunda canını fəda edənlərə xüsusi diqqətlə yanaşmışdır. Azərbaycan Respublikasının Prezidentinin verdiyi qərar və sərancamlar Azərbaycan dövlətinin inkişafına və vətəndaşların sosial rifahının yaxşdırılmasına yönəlib. Bir birlikdə güclüyük! Bu şüar artıq hər bir azərbaycanlının qəlbinə və şüuruna əbədə həkk olundu!

Keçidlər