Vətən uğrunda axan qan yerdə qalmır!
Suraxanı rayon sakini Heydərli Məzahir: Vətən uğrunda axan qan yerdə qalmır!
12 iyul tarixindən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələrinin növbəti məkrli hücumu bir daha onların kimliyini dünyaya sübut etdi. Dinc əhaliyə,dövlət əmlaklarına,kəndli mülklərinə vurduqları ziyan isə əsl vandalizm nümunəsi idi. Qapılardakı güllə izləri,əliyalın silahsız insanın qurban getməsi illər öncə törədilən Xocalı faciəsinin,Ağdam,Şuşa işğalının fonu idi,çünki bu cür şərəfsizcəsinə yürüdülən siyasət yalnızca mənfur düşmənlərə yaraşan əməl idi.
Müharibə və savaş amansız vəziyyət olsa da onun da öz qaydaları,sərhədləri olur. Dünyada baş vermiş müharibələrin böyük qismində əliyalın dinc əhaliyə,qadına,qocaya,körpəyə ziyan yetirmək birmənalı olaraq qadağan olub. Yuxarıda sadaladığım şəxslərə toxunmaq igidliyə,ərliyə ləkə sayılıb. Əslində düşməndən igidcəsinə,ərcəsinə addım görmək qeyri mümkündür. Çünki nakişilik və şərəfsizlik o xalqın ilk adıdır.
Son döyüşlərdə Tovuz rayonu ərazisində əhaliyə,yaşayış və dövlət əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı İlham Əliyev tərəfindən imzalanmış sərəncam isə operativ siyasətin bariz nümunəsidir. Dərhal yaradılan ekspert qrupu,hazırlanmış tədbirlər planı bizim istənilən qəfl hücuma hazır olduğumuzun göstəricisidir. Dəymiş zərərin müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma nəticəsində 35 evə,kəndlərdəki qaz borularına,elektrik naqillərinə,rabitə infrastrukturuna zərər dəydiyi müəyyənləşib. Amma mənfur düşmən bilmir ki,Azərbaycanın 21-ci əsrdəki sahib olduğu gücü ilə Qarabağ işğalı zamanındakı gücü arasında bəşər qədər fərq var. Cənab Prezident tərəfindən aparılan siyasət iqtisadi,sosial,hərbi sahələrdə öz sözünü deyir. Bu səbəbdəndir ki,xalqın öz liderinə inamı sayəsində döyüşlər getdiyi müddətdə yüzlərlə gənc sözünü,əməlini,gücünü birləşdirib torpaq uğrunda ayağa qalxdı.
Bu gün Azərbaycan ona dəyən istənilən maddi ziyanı ödəməyə hazır olsa da,bu o demək deyil ki biz xalq olaraq həmişə susacağıq və bu belə də davam edəcək. Son döyüşlər ordumuzun,xalqımızın,siyasətimizin gücünü nümayiş etdirdi. Düşmən anlamır ki,güllə izi dəymiş dəmir qapıları yeniləmək,evləri təmir etmək çox asandır,lakin onlar həmin gülləli qapılar arxasında adı tarix belə yazmayan ermənilərə qarşı nifrətlə,vətənə sonsuz sevgi ilə böyüyən körpələrdən xəbərsizdirlər. Həmin körpələr böyüyüb bu günün 12 qəhrəmanına çevriləcəklər.
İlham Əliyevin birbaşa göstərişi ilə bütün ziyanlar ödənir,qaçqın və məcburi köçkünlər,müharibə əlilləri,şəhidlərin ailələri ev,avtomobil,birdəfəlik müavinətlə təmin olunur. 21 iyul tarixində Bakının Xətayi rayonu ərazisində dövlət başçısı İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın şəxsi iştirakı ilə vətən uğrunda şəhid və əlil olmuş müharibə iştirakçılarının əilələrinə mənzil və avtomobillər tədqim olunub. İlham Əliyev və Mehriban xanım Əliyevanın tədbirdəki iştirakı onların həmin ailələrə verdikləri dəyərin nişanəsidir. Bu onu göstərir ki rəhbər və vitse prezident onlara əmanət edilmiş ailələrin arxasındadır. Mehriban Əliyevanın şəhid ailələrinin diqqətdə saxlanılması üçün Heydər Əliyev Fonduna verdiyi göstəriş də bunu sübut edir.
Vətən uğrunda axan qan yerdə qalmır! Ordumuz isə günü gündən güclənir,xalq birlik ruhuna köklənir.
İtirdiyimiz 12 məğrur can öz övladlarını,ailələrini vətənə,dövlət başçısına,hər birimizə əmanət qoyub getdi. Çünki onlar əmin idi ki,həm dövləti həm də xalqı əzmli,qadir olan körpələr heç bir zaman başsız qalmayacaq. 12 qəhrəman 10milyonluq xalqın qəlbində,beynində bir şüarı yenidən həkk etdi: “Torpaq-uğrunda ölən varsa,Vətəndir!”.
Torpağımıza,onun hər daşına qayasına sahib çıxmaq isə daima bizim borcumuz olaraq qalacaq. Çünki doğulan körpələrimizin mayəsi bir cümlə ilə yoğrulur “QARABAĞ AZƏRBAYCANDIR!!!”.