Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.

18 iyul 2020 | 16:00

Suraxanı rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.
Iyulun 17-də Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə yaradılmış mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, küçə və ticarət obyektlərində reydlər keçirilib.
Obyekt sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilir.
Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.
Eyni zamanda pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

 

Keçidlər