“Dövlət və dövlətçilik hər zaman siyasi ambisiyalardan öndə olmalıdır”
Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Daimi Komissiyasının sədri, Eldar Mirzəliyev.
Qədim və şanlı tarixə malik olan xalqımız hər zaman vacib anlarda birləşməyi, yumruq olmağı bacarmışdır. 90-cı illərin əvvələrində baş verən hadisələr zamanı biz bunların şahidi olmuşuq. 20 yanvar faciəsi zamanı tankların qarşısına silahsız çıxanlar, 1992-ci ildə Qarabağ müharibəsi zamanı vətənin müdafiəsinə könüllü atılanlar xalqımın oğul və qızları olmuşdur.
O dövrdə yeni qazanılmış müstəqillik, dövlət idarəçiliyində olan hərc - mərclik, siyasi intriqa və hakimiyyət davası, qeyri – peşakarlıq bütün sahələrdə geriləməyə, daxili çaxnaşmaya, qardaş qırğınına gətirib çıxarmışdır. Cəbhədən itirilən torpaqlar haqqında gələn xəbərlər heç də ürəkaçan deyildi. O zaman hakimiyyətdə olan iqtidar partiyanın, əslində siyasi ambisiyasını vətən və dövlətçilikdən üstün tutduğu göz önündə idi. Bu çətin vəziyyətə baxmayaraq, xalqımız birləşərək öz taleyini dəyişməyi bacardı. Ümummilli lider Heydər Əliyevi özünə rəhbər seçdi. Onun ətrafında sıx birləşərək Azərbaycanın inkişafa gedən yolunda birgə addımladılar. Bu gün isə xalq ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin yanında yer alıb.
O gündən bu günə illər keçsə də bəzi siyasi partiyalar hələ də öz xislətlərindən əl çəkməyiblər. Hər atdıqları addım onların əsl niyyətlərinin nə olduğunu bir daha sübut edir.
Atəşkəs olmasına baxmayaraq ölkəmiz hələ də müharibə şəraitindədir. Öz xülyalarından əl çəkməyən Ermənistan tez – tez təxribata cəhd edir, dinc əhaliyə də atəş açmaqdan çəkinmir. 2016-cı il - Aprel döyüşlərindən və 2018- ci il – Günnüt əməliyyatlarından dərs çıxarmayan ermənilər 2020 – ci il iyun ayının 12-də növbəti dəfə təxribata əl atsalar da ordumuz düşmənə layiqli cavab vermişdir.
Böyük acı hissi ilə qeyd etmək istəyirəm ki, bu qarşıdurma bizə bir çox itkilər hesabına başa gəldi. Vətənimizin qeyrətli oğulları qəhrəmancasına şəhid oldu. Lakin bilirik ki, böyük qalibiyyətlər hər zaman qurbanlar tələb edir. Əminliklə deyə bilərəm ki, onların qiymətli qanları əsla yerdə qalmayacaqdır.
Azərbaycanın cəbhədə qazandığı uğurları, həm də xalqımızın siyasi uğuru hesab etmək olar. İlk gündən birləşərək cəbhədəki döyüşlərlə paralle informasiya müharibəsinə atılan vətəndaşlar, ölkənin müxtəlif bölgələrində dəstək yürüşləri keçirərək həmrəylik, Ali Baş Komandana dəstək nümayiş etdirdilər. İnsanlar ordumuzun şücaətinə dəstək vermək, şəhidlərimizin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına yığışdılar.
Lakin xalqımızın həmrəyliyini həzm edə bilməyən qüvvələr növbəti dəfə birliyimizi sındırmağa çalışsa da buna nail ola bilmədilər.
İyul ayının 15-i Azərbaycanın 43 siyasi partiyasının dövlətə və Ali Baş Komandana dəstək ifadə edən bəyannamə ilə çıxış etməsi milli həmrəylik nümayiş etdirməsi daxili və xarici düşmənlərə növbəti güclü siyasi zərbə oldu. Azərbaycan xalqı bir daha milli maraqlar naminə birləşmək bacarığına malik olduğunu sübut etdi.
Anti – Azərbaycan qüvvələr bilməlidirlər ki, ölkəmizdə 90-cı illərdə mövcud olan anarxiya, xoas çoxdan mövcud deyil, Azərbaycan xalqının ətrafında sıx birləşdiyi bir lideri və onu qoruyan nizami ordusu var.
Bu birliklə xalq bir daha tək namizədinin və tək seçiminin cənab İlham Əliyev olduğunu göstərdi.