Suraxanı rayonunda qanvermə aksiyası keçirilib.
İyulun 15-də Suraxanı rayonunda 105 nəfərin iştirakı ilə qanvermə aksiyası keçirilib. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına, eləcə də koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib.
Keçirilən aksiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının, onun struktur bölmələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edib. Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qanvermə aksiyası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolasiya qaydalarına riayət edilmişdir.
Vətəndaşlarımızı qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.