Müqəddəs yolda şəhid olan igid vətən övladlarına Allahdan rəhmət diləyir və söyləyirik rəşadətli Azərbaycan əsgəri gücün tükənməz olsun, dizin bükülməsin, Vətən sənə əmanətdir !
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu Sektorunun müdiri Əkbər Qənbərli
Müqəddəs yolda şəhid olan igid vətən övladlarına Allahdan rəhmət diləyir və söyləyirik rəşadətli Azərbaycan əsgəri gücün tükənməz olsun, dizin bükülməsin, Vətən sənə əmanətdir !
Ordu hər bir dövlətin mühüm atributlarından biri, təhlükəsizlik sisteminin əsasıdır. Hər bir müstəqil dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də öz ordusunu yaratmaq və inkişaf etdirmək, onun döyüş qabiliyyətini artırmaqdır. Çünki güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə müəyyən çətinliklərlə qarşılaşırlar. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Güclü orduya malik olmaq, bir xalqın müstəqil dövlətə sahib olmasıdır. Bu dövlətin varlığı, sərhədlərinin toxunulmazlığı uğrunda canından belə keçməyə hazır övladlar olmalıdır. Əldə silah Vətənin keşiyində dayanmış əsgər xalqın əminliyidir. Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilib. Qonşuları ilə mehriban, isti münasibətlərə üstünlük verib. Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücüm etməmişik, ancaq müdafiəni də unutmamışıq. Son dərəcə əlverişli coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara malik bu məmləkətinsə qapısından düşmən əskik olmayıb. Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə də sivri qılıncın qəbzəsindən yapışmışıq. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev Milli Ordu quruculuğu istiqamətində fəaliyyətini daha da gücləndirdi, bunun da nəticəsində Silahlı Qüvvələrin tədricən həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, güclənməsinə və formalaşmasına nail oldu. Hazırda Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Artıq beynəlxalq hərbi təşkilatlar da öz hesabatlarında bunu etiraf edir. Lakin Ermənistan hələ də özü üçün uydurduğu xəyallar dünyasında yaşamağa, işğalçı siyasəti həyata keçirməyə və yalan informasiya yaymaqla özünə haqq qazandırmağa çalışır.
Bu gün ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir, məhz buna görə də dayanmadan öz işğalçı siyasətlərini həyata keçirməyə çalışırlar. Ermənistan bu gün acınacaqlı və rəzil vəziyyətdədir. Ermənistan rəhbərliyinin çılız hərəkətləri, hər görüşdə məntiqsiz çıxışları, aldığı cavablardan sonar gülüş obyekti olması, ölkəsindəki böhranlı vəziyyət, insanların narazılığı bunun bariz sübutudur.
Ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyini hər zaman qətiyyətlə bəyan edir. Bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllini tapmasının mümkünlüyünü vurğulayır. “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir. Biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” bəyanatı ilə xalqımıza, getdikcə güclənən dövlətimizə nəinki Dağlıq Qarabağ və ətraf rayonların azadlığını, ermənilərin əsrlər əvvəl min bir hiylə ilə Azərbaycanın bağrından qoparıb özlərinə dövlət qondardıqları tarixi torpaqlarımızı da hədəf göstərir. Azərbaycan gec-tez o torpaqlarla birgə əlindən alınmış tarixi haqlarını geri qaytarmalıdır. Dövlət rəhbərimizin bu qətiyyəti xalqımızın vəhdətinə, getdiyimiz yolun düzgünlüyünə, cəmiyyətdəki vətənpərvərlik ruhuna, ordumuzun getdikcə yüksələn qüdrətinə əsaslanır. Bu qətiyyətli mövqe konkret reallığa əsaslanır. Azərbaycanla işğalçı Ermənistanın inkişaf mənzərəsi arasındakı kəskin fərqə söykənir.
Son günlər baş verən hadisələr, Ermənistanın Tovuz istiqamətindəki təxribatı, bir daha sübüt edir ki, dünya üçün narahat bir dönəmdə işğalçılar regionda təhlükə yaratmaq prinsipindən hərəkət edirlər. Lakin, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb. Siyasi hakimiyyət əhaliyə yalan vədlər verirdi ki, guya Ermənistan ordusu güclüdür. Amma bu prosesdə hakimiyyətin yalanları da üzə çıxdı ki, əslində Ermənistan ordusundakı vəziyyət ən acınacaqlı səviyyədədir. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb.
BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 854 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Artıq bütün dünya bilir ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək və gedən döyüşlər bunun əyani subutudur. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”
Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu və vətənpərvər övladları var. Dünya artııq öz sözünü deməli və ədalət yolunu seçməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həqiqətən də sülhün tərəfdarıdırlarsa, onlar işğalçıya Azərbaycan ərazisindən çıxması və BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi üçün təzyiq göstərməlidir, əks tədqirdə Ermənistan üçün bu acı sonluqla nəticələnəcək. Ən böyük zəfərlərə doğru, Azərbaycan Ordusu!