Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid analari adından xalqımıza səslənirik təxribata uymayın!

16 iyul 2020 | 16:00

Nəsibə Əliyeva – Şəhid Ailələrinin müdafiə cəmiyyətinin sədri
Ən cox xalqın uzərində mənəvi haqqı olan biz şəhid aillələriyik. Şəhid analari adından xalqımıza səslənirik təxribata uymayın!
Bu vətən torpağında şəhidlərimizin qanı tökülüb, onlara hörmət edək, güclü ordumuz, qətiyyətli Ali Baş Komandanımız var, onun ətrafında sıx birləşmək zamanı. Həmrəylik zamanı!
Bu gün dövlətimiz bir neçə cəbhədə mübarizə aparır, ön cəbhədə olanlara dəstək olmaq istəyiriksə ağılla, təmkinlə hərəkət etməliyik! Dediyimiz sözə, atdığmız addıma diqqət etməliyik! Ermənilərin mənfur xisləti hər kəsə tanışdır, iftiraları, yalanları ilə dünyaya yazıq sima nümayiş etdirir, faşizm siyasəti yeridirlər. Onların əməlləri heç bir çərçivəyə sığmayır. Bu günədək etdikləri ərazi iddaları uydurma tarixə əsaslanır, artıq dünya onların yalan simasına bələddir. Cənab Prezidentin qətiyyəti, yürütdüyü siyasətin nəticəsidir ki, bu gün ermənilər küncə sıxılmış vəziyyətdədir. Azərbaycan xalqı təkcə xeyirxah, qonaqpərvər və tolerant deyil, həm də məğrur, cəsur, güclü və mütəşəkkil xalqdır, torpaqlarını, Vətənini, tarixini qorumağa və onların uğrunda canından keçməyə hazırdır. Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Ali Baş Komandanın rəhbərliyi və qətiyyəti ilə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil. Biz Prezidentimizlə fəxr edirik.
Cənab Prezident, xalqımızın bu çətin günlərində biz şəhid ailələri Sizin yanınızdayıq. Sizi əmin edirik ki, bundan sonra da milli dövlətçilik naminə bacarığımızı əsirgəməyəcək, Sizin ətrafınızda bir yumruq kimi sıx birləşəcəyik. Heç bir mənfur qüvvə bu birliyimizi sarsıda bilməyəcək, bizlər buna birmənalı olaraq imkan verməyəcəyik!
Hər birimiz sizin müsəlləh əsgərinizik !

Keçidlər