Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Sizinlə qürur duyur!

16 iyul 2020 | 16:00

Bakı Dövlət Universitetinin məzunu, Huaçjun Elm və Texnologiya Universiteti, İctimai İdarəetmə məktəbi və ixtisası, magistr Cəfərov Tural Fariz oğlu
“VƏTƏN” bu müqəddəs sözdür. Vətən anadır. Hamının ayrı - ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu VƏTƏN- dir.
İki gündür bütün Azırbaycan ayaqdadadır əzəli və əbədi düşmənimiz yenə həmişə etdiyi kimi xainliyini etdi. Ürək ağrısı ilə mətbuatda, televiziyada “Şəhidimiz var” xəbərlərini eşidirik.  Başın sağ olsun, VƏTƏN! Sənin uğrunda canından, qanından keçən şəhidlərin sənin müqəddəs torpağında - qoynunda uyuyacaq.
VƏTƏN, Sənə gəldi. Səni sevdiyi üçün!
Cəbhədə vəziyyətin gərginləşməsi birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bunu bütün dünya görür və yaxşı başa düşür ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. Düşməni susdurmaq bizim VƏTƏN qarşısında müqəddəs borcumuzdur. Gələcək nəsillərə belə bir ağır yükü qoyub getməyə ixtiyarımız yoxdur.
Bu gün bizi şərəflə qoruyan Azərbaycan əsgəri - səninlə fəxr edirəm. Bu VƏTƏNin namusu sənə əmanətdir. Üzərində gəzdiyimiz torpağın əmin-amanlığını şərəfinlə qoruduğun üçün sənə minnətdaram!
Bizsə Sizin ardınzca gəlmək üçün öz növbəmizi gözləyirik. Bu gün torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən bu Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz, eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!
Bu gün bütün Azərbaycan gəncliyi Silahlı Qüvvələrimizi dəstəkləyir, ordumuzla qurur hissi keçirir. Təəssüflər olsun, bəzi şəxslər, dövlətimizi, ordumuzu istəməyənlər yersiz bəhanələrlə ordumuzu hədəfə alırlar. Görün vəziyyət hansı həddə gəlib catıb ki, öz milli xainlərimiz hətta Mübariz İbrahimovu, Ramil Səfərovu, şəhid ailələrinin təhqir edirlər. Bu yol verilməzdir. Biz dövlətimizi, bayrağımızı, seviriksə, ordumuzu, hərbiçilərimizi, şəhidlərimizi, əlil və veteranlarımızı sevməliyik.
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq vətəni qorumaq peşəsi ən şərəfli peşədir.” Biz hamımızın peşəsi vətənimizi müdafiə edən əziz vətən övladlarını sevməliyik. Ordu dövlətimizindir, ordu xalqımızdır. Biz dövlətimizi, ölkəmizi qalib görmək istəyiriksə, bir olmalı, ordumuzu daim sevməli və müdafiə etməliyik. Hazırda ordumuz həm ən təhlükəli virus olan işğalçılarla, həm də koronavirusla mübarizə aparır. Bu mübarizədə də ordumuz dünyanın ən müasir orduları ilə müqayisədə özünü göstərdi.
Baş verən hadisələrə Ali baş Komandanımız mövqeyini bildirərək söyləmişdir ki, bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olublar. Qəflətən bizim hərbi postumuz artilleriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərə də Allahdan şəfa diləyirəm. Cənab Prezident öz çıxışında qeyd edib ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib, hərbçilərimizin qisası alınıb.
Təşəkkür edirik, cənab Ali Baş Komandan!
Biz Suraxanı rayon gəncləri və idmançıları Sizin əmrinizi gözləyirik! Düşməni susdurmaq, işğal altında olan tarixi torpaqlarımızı geri qaytarmaq bizim VƏTƏN qarşısında ən müqəddəs borcumuzdur.

Keçidlər