“Torpaq uğrunda ölən varsa vətəndir”
Suraxanı rayon döyüşçüləri adından.
Sözlərimizi Ali Baş Komandanımız İlham Əliyevin sözləri ilə başlamaq istəyirik. “Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır”
Ali Baş Komandanın qeyd etdiyi kimi bu təxribatın əsas səbəbi odur ki, son vaxtlar Azərbaycan Beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Cənab Prezidentin təşəbbüsü ilə beynəlxaq təşkilatların zirvə görüşləri keçirilir. BMT Baş Assambleyasının xüsusi sessiyasının baş tutması, bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkənin dəstəkləməsi, Ermənistanın bütün dünyanın əleyhinə çıxaraq bir daha özünü rüsvay etməsi, bir daha özünü dünyadan təcrid etməsi ilə tarixə yazıldı.
Bu gün dünya gündəliyində birinci yerdə olan COVİD ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.
Ermənistan hərbi bölmələrinin sərhəddə yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür və növbəti təxribatdır. Rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə almış və onların layiqli cavabını verərək geri otuzdurmuşdur.
Bizim kimi minlərlə keçmiş döyüşçülər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edərək, hər bir veriləcək əmrə və düşmənə qarşı aparılacaq əməliyyatlarda təcrübəmizlə iştirak etməyə, hər bir addımda öz dəstəyimizi göstərərək Vətənimizin keşiyində durmağa hazır olduğumuzu bildirmək istəyirik.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi “Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir” – bu fikirlər bizim üçün qırmızı xəttdir. Bu xəttə qarşı çıxanların kimliyindən asılı olmayaraq, qarşılarında bizi görəcəklər.
Azərbaycanın Tovuz rayonu istiqamətində gedən təxribatlarda şəhid olan igidlərimizə Allahdan rəhmət yaralı əsgərlərimizə şəfa diləyirik!