Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə köməklik göstərilməsi davam etdirilir.
15 iyul 2020 | 16:00
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə köməklik göstərilməsi davam etdirilir. Rayonda yaşayan tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanaraq, onlarla maarifləndirici söhəbətlər aparılır, xüsusi karantin rejimində müəyyən edilmiş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilir.