Suraxanı rayonunda xüsusi karantin rejimi ilə əlaqədar reydlər gündəlik davam etdirilir.
Suraxanı rayonunda xüsusi karantin rejimi ilə əlaqədar reydlər gündəlik davam etdirilir. İyulun 14-də Qaraçuxur qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə mobil qrup üzvləri tərəfindən ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılmış, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri izah edilərək, qapalı məkanlarda, xüsusən iaşə obyektlərində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlamaları, karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyyə olunmuş, obyekt sahiblərinə müvafiq göstərişlər verilmişdir.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən inzibati qaydada cərimələnərək onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.