Suraxanı rayonunda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir
28 aprel 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibəti ilə yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllər düzmüş, foto, kitab sərgisinə baxmışlar.
Tədbir Mərkəzin elektron lektoriya zalında davam etdirilmişdir. Konftans iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, Zərifə xanım Əliyeva haqqında filmə baxmışlar.
Konfransı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir, elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
İlqar Abbasov qeyd etmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.
Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət nurlu səmimiyyətə, xeyrin təntənəsinə, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi. Bu onun həyatının əsas meyarı, qırılmaz vəhdəti idi.
Zərifə xanım Əliyeva ilə birlikdə işləmiş həkimlər həmişə xatirələrində yazırlar ki, Zərifə xanımın xəstələrə qeyri-adi yanaşması var idi. Görkəmli oftalmoloq həmkarlarına həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, onun sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi idi - insanı sağaltmaqla onu öz "mən"inə qaytarmaq.
Bu baxımdan yüksək peşəkarlığı ilə həmkarları arasında seçilən Zərifə xanım xüsusilə gənclərə təlqin edirdi ki, əxlaqi-tibbi düşüncə "sənətini" dərk etmək üçün ilk növbədə sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir. Həkim öz peşəsini həyata keçirərkən müalicədən əvvəl xəstənin xarakterini öyrənmək kimi mürəkkəb psixoloji prosesdə olur. Bu yanaşma Zərifə xanımın ali insanlıq təfəkküründən və dərin həkim mərhəmətindən qaynaqlanan həyat fəlsəfəsi idi.
Zərifə xanımın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan 24 nömrəli şəhər poliklinikasının baş həkimi Rəsul Abbasov, 24 nömrəli Birləşmiş şəhər xəstəxanasının həkimi Sülhiyyə Səmədova, 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının həkimi Dürdanə Kəngərli, 23 nömrəli şəhər poliklinikasının baş həkimi Şərəbanu Yusifzadə və başqaları akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin verdiyi bəhrələri xüsusi vurğulayaraq qeyd etmişlər ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
Konfransda səslənən fikirləri ümumiləşdirən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyeva Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.
Natiq xüsusi vurğulamışdır ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Konfransın sonunda akademik Zərifə xanım Əliyeva haqqında mahnı səslənmişdir.