Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Suraxanı rayonunda mütəmadi reydlər həyata keçirilir.

04 iyul 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Suraxanı rayonunda mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
Rayon ərazisində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsinin iştirakı ilə RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydlər davam etdirilir.
Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sənədləşdirilir, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində tədbirlər görülərək, onlar qanun çərçivəsində cərimə olunurlar.
Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə, sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilir.
Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir. Yaradılmış mobil qruplar tərəfindən sakinlərin və yaxınlarının sağlamlığının qorunması məqsədilə karantin rejiminin qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlar onların diqqətinə çatdırılır.

Keçidlər