Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov növbəti dəfə onlayn videomüşavirə keçirdi.

30 iyun 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov növbəti dəfə onlayn videomüşavirə keçirdi.

Ölkə başçısı cənab İlham Əliyevin son günlərdə keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər barədə, eləcə də səsləndirdiyi fikir və iradların nəzərə alınması, həmçinin pandemiya dövründə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədi ilə iyunun 30-da Suraxanı Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun sədrliyi ilə onlayn videomüşavirə keçirilib. Müşavirədə RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılması sahəsində aparılan ciddi mübarizə tədbirləri, eyni zamanda ölkə başçısının məruzələrində səsləndirdiyi, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr və həyata keçirilən layihələrlə bağlı məlumatları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. O, hər-hansı neqativ hallara qarşı işlərin gücləndirilməsi və onların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Eyni zamanda müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasından rayon sakinlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər də müzakirə olunub. RİH başçısı bildirib ki, qlobal pandemiya ilə mübarizə məsələsi ilk gündən Prezident cənab İlham Əliyevin və Birinci Vitse–Prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Dövlət başçısının fəaliyyəti, keçirdiyi görüşlər, verdiyi qərarlar bunun bariz nümunəsidir.
Bununla yanaşı rayon ərazisində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsinin vacibliyini diqqətə çatdıran cənab Əziz Əzizov infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün yaradılmış mobil qrupların fəaliyyətinin gücləndirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən - tibbi maskalardan istifadənin vacibliyi barədə təbliğat-izahat işlərinin aparılmasının gücləndirilməsinə dair tapşırıqlar verdi.
Keçirilən müşavirədə hazırda rayon ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə də toxunulmuşdur. Qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması, sakinlərin rahat gediş gəlişinin təmin edilməsi ilə bağlı görülən işlər, mövcud problemlər və onların həlli yolları müzakirə olunmuşur.
Rayonda son dövrlərdə görülmüş işlər barədə qısa məlumat verən RİH-in başçısı cənab Əziz Əzizov eyni zamanda, Zığ qəsəbəsi, Zığ-1 sürüşmə sahəsində yerləşən qəzalı fərdi yaşayış evlərinin, Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi 72 ünvanda yerləşən qəzalı yaşayış binasının sakinlərinin köçürülməsinin, eləcə də, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində yerləşən 24 saylı qəzalı yataqxana binasında yaşayan sakinlərin 2016-cı ildən köçürülməsi ilə bağlı yaranmış problemin artıq öz müsbət həllini tapdığını qeyd etmişdir.

 

Keçidlər