Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə növbəti ağacəkmə kampaniyası keçirilib

27 aprel 2014 | 15:00

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər keçirilir, abadlıq-quruculuq işləri aparılır, abad məhəllələr yaradılır, rayonun müxtəlif yerlərinə çoxlu sayda ağac əkilir.
Növbəti ağacəkmə kampaniyası 26 aprel tarixdə Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən yolun kənarında mədən ərazisində həyata keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu dəfəki ağacəkmə kampaniyasında rayon rəhbəri İlqar Abbasovun, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə müəssisələrinin və sakinlərin iştirakı ilə müvafiq təmizləmə (rekultivasiya) işləri aparılmış mədən ərazisində 1000-dən yuxarı ağac əkilmiş, ətraf ərazilər məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.

Keçidlər