Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

26 iyun 2020 | 16:00

Son illərdə qəbul olunmuş müxtəlif proqramlar Bakı şəhərinin və onun qəsəbələrinin sürətlə inkişaf etməsinə, infrastrukturunun yenilənməsinə səbəb olmuşdur. Bu günkü gündə də Bakı ətrafı qəsəbələrdə icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də yol infrastrukturunun yenidən qurulmasıdır.
Suraxanı rayonu ərazisində böyük vüsətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri xüsusi karantin günlərində də davam etdirilir.

Belə ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi dəmiryol keçidi-qəbiristanlıq istiqamətində yeraltı kommunikasiya xətləri çəkildikdən sonra mərkəzi yolun asfaltlanması və piyada səkilərinin salınması işlərinə başlanılmışdır.

Qeyd edək ki, rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.

 

Keçidlər