Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar dövlətimiz tərəfindən onlara göstərilən diqqət, qayğı və köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.

23 iyun 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər çərçivəsində yaradılan mobil qrup üzvləri Suraxanı rayonunda əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara pulsuz tibbi maskalar paylamış və onlarla maarifləndirici söhbətlər apararaq özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyyə edilmiş, yoluxucu infeksiyadan qorunmaq məqsədi ilə karantin rejimi dövründə ictimai nəqliyyatda, ictimai-iaşə obyektlərində və qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə davranış qaydaları ilə bağlı lazımi məlumatlar vermişlər.
Vətəndaşlar dövlətimiz tərəfindən onlara göstərilən diqqət, qayğı və köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər