Suraxanı rayonundan 88 gənc qız onlayn “Rəqəmli Qızlar” (“Digital Girls”)-Milli Təlim Proqramı” adlı sosial layihədə iştirak etmişdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və dəstəyi, İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə “Rəqəmli Qızlar” (“Digital Girls”)-Milli Təlim Proqramı” adlı sosial layihə Suraxanı rayonunda uğurla başa çatmışdır.
Suraxanı rayonundan 88 gənc qız onlayn “Rəqəmli Qızlar” (“Digital Girls”)-Milli Təlim Proqramı” adlı sosial layihədə iştirak etmişdir. 2 günlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilmişdir. Təlimi uğurla başa vuran qızlara sertifikatlar təqdim olunmuşdur.