Suraxanı rayonunda asfaltlanma işləri davam etdirilir.
16 iyun 2020 | 16:00
Əmircan qəsəbəsində 4 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri davam etdirilir. Hazırda sözügedən yolun Malik Mustafayev küçəsindən 10-cu dairəyədək olan hissəsində asfalt örtüyü vurulur. Yol boyu bordur düzülərək piyadalar üçün yeni səkilər qurulmuşdur.