Şriftin ölçüsü :

Saytın rəngi :

Son 8 ayda Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

18 iyun 2020 | 16:00

Son illərdə qəbul olunmuş müxtəlif proqramlar Bakı şəhərinin və onun qəsəbələrinin sürətlə inkişaf etməsinə, infrastrukturunun yenilənməsinə səbəb olmuşdur. Bu günkü gündə də Bakı ətrafı qəsəbələrdə icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də yol infrastrukturunun yenidən qurulmasıdır.
Suraxanı rayonu ərazisində böyük vüsətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri xüsusi karantin günlərində də davam etdirilir.
Son 8 ayda Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Rayon ərazisində yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsində, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən 1 970 metr uzunuğunda (11 820 kv.metr) yolda asfaltlanma işləri aparılır.
Qeyd edək ki, rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.

 

Keçidlər