Suraxanı Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilir
İctimai Şura rayon İcra hakimiyyətinin fəaliyyətində şəffaflığın daha da artırılması, dövlət siyasətinin həyata keçirilməsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyan, ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərən məşvərətçi qurumdur.
Rayon İcra hakimiyyəti yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla 07 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək (20 iş günü müddətində) iş günləri saat 10:00-dan 17:00-dək İctimai şuranın Seçki Komissiyasına təqdim olunmalıdır. Sənədlər rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə və ya rayon İcra hakimiyyətinin rəsmi elektron poçt ünvanına (mail@surakhani-ih.gov.az) təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 30.
İctimai Şuranın üzvlüyünə namizədlərin aşağıdakı sənədləri əlavə edilməlidir:
- İctimai şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
- Namizədin şəxsiyyət vəsiqəsinin sürəti;
- Namizədin tərcümeyi halı;
- Namizədin vətəndaş cəmiyyəti təşkilatı üzvlüyünü təsdiq edən sənədin surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər
Əlavə olaraq rayonda fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti orqanlarına “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə tanış olmağı tövsiyə edirik.