Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 2-də saat 11:00-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Atəşgah Məbədi Dövlət-Tarix Memarlıq Qoruğunda "Rənglər Festivalı" adlı tədbir keçiriləcək

01 may 2025 | 15:00
Mayın 2-də saat 11:00-da Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsi, Atəşgah Məbədi Dövlət-Tarix Memarlıq Qoruğunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Rənglər Festivalı" keçiriləcək.
Festivalda fiziki məhdudiyyətli şəxslərin əl işlərinin satış sərgisi təşkil olunacaq.
Xeyirxah aksiyaya qoşulmaq üçün hər kəsi dəvət edirik.
Keçidlər